NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 70
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Özlərindən qabaqkıların, Nuh, Ad, Səmud, İbrahim qövmünün, Mədyən əshabının, alt-üst olmuş şəhərlərin xəbəri onlara çatmayıbmı? Peyğəmbərləri onlar üçün aşkar dəlillər gətirdilər (amma onlar inadkarlıq göstərib məhv oldular.) Allah onlara zülm etmədi. Onlar özləri özlərinə zülm etdilər.”
Nöqtələr
Nuh qövmü qərq olmaqla, Ad qövmü soyuq və zəhərli yellərlə, Səmud qövmü zəlzələ ilə, Mədyən qövmü odlu yağışla, Lut qövmü məskənlərinin xaraba qalmasıyla həlak oldu.
"Motəfikat” dedikdə "alt-üst olma” başa düşülür. Ayədə bu söz Lut qövmünün əzabına işarədir.
Bildirişlər
1. Dünyəvi əzab və cəza ilahi sünnə, qanunlardandır.
2. Agah insan daha çox məsuldur. Peyğəmbər dövrünün insanları keçmiş qövmlərin aqibətindən agah idilər.
3. Keçmiş qövmlərin tarixi ilə tanışlıq mühümdür.
4. Tarixdən ibrət götürməyənlər məzəmmətə layiqdirlər. Bu gün üçün ən üstün dərs keçmiş tarixdən ibrət götürməkdir.
5. İlahi qəhr-qəzəb xəbərdarlıq başa çatdıqdan sonra nazil olur.
6. İlahi göstərişə itaətsizlik insanın özünə zülmüdür.
7. İnsan ixtiyar sahibidir və o, möcüzə ilə rastlaşdıqda müstəqil qərar çıxara bilər.
8. İlahi qəhr-qəzəbin səbəbi zülmün davamıdır.