Ət-Tövbə surəsi - Ayə: 78

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 78
Məgər Allahın onların sirlərini və pıçıltılarını bilməsini, eləcə də Allahın bütün qeybləri və gizlinləri tam bilən olmasını bilmirdilər?
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 78. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 78 MÖHSÜN QƏRAƏTİ.

"Bilmədilərmi ki, Allah onların sirlərini və gizli söhbətlərini bilir və Allah bütün qeyblərdən xəbərdardır?!”
Nöqtələr
Ola bilsin ki, "sirr” dedikdə münafiqlərin batini küfrü nəzərdə tutulmuşdur. "Nəcva” həmin dəstənin qurğusuna, "ğuyub” onların məqsədlərinə işarədir. 
Bildirişlər
1. Münafiqlər öz qurğularını gizli saxlamağa çalışırlar, amma Allah onlara sirləri barədə xəbərdarlıq edir.
2. Nöqsanlı bilik nöqsanlı əmələ səbəb olur. Bəli, əgər insan Allahın gizli işlərdən agah olduğunu bilsə, daha təqvalı olar və nöqsana yol verib məzəmmət edilməz.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.