Ət-Tövbə surəsi - Ayə: 72

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 72
Allah mömin kişilərə və möminə qadınlara (ev və ağaclarının) altından çaylar axan, əbədi qalacaqları Cənnətlər vəd etmişdir. Həmçinin əbədi Cənnətlərdə pak məskənlər! Allah tərəfindən olan razılıq (isə bütün nemətlərdən) böyükdür. Budur böyük uğur və qurtuluş!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 72. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 72 MÖHSÜN QƏRAƏTİ.

"Allah imanlı kişi və qadınlara (ağacları) altından çaylar axan və əbədi qalacaqları bağlar, Ədn behiştdə könül oxşayan məskənlər vəd etmişdir. Amma Allahın razılığı daha üstün və ucadır. Bu həmin böyük qurtuluşdur.”
Nöqtələr
Bu ayə ötən ayədə haqqında danışılan rəhmətin necə gerçəkləşəcəyini bəyan edir.
Rəvayətlərə əsasən, "Ədn cənnətlər” dedikdə behiştin ən üstün və şərif məntəqəsi, peyğəmbərlərin, siddiqlərin və şəhidlərin yeri, gözəllik baxımından kimsənin xəyalına gəlməyəcək bir məkan nəzərdə tutulur. 
Surənin 67-68-ci və 71-72-ci ayələrinə əsasən, nifaq əhli ilə iman əhli arasında səkkiz fərqli səciyyə qeyd etmək olar.
Nifaq Əhli İman Əhli
بَعْضُهُمْ مِنْ بَعْض
"Bir-birlərindəndirlər.” بَعْضُهُمْ اَوْلِياءُ بَعْض
"Bir-birinin himayədarıdır-lar.”
يَاْمُرُونَ بالْمُنْكَرِ وَ يَنْهَوْنَ عَنِ الْمَعْرُوف
"Onlar pis işə çağırır, yax-şı işə qadağa qoyurlar.” يَاْمُرُونَ بِالْمَعْرُوفِ وَ يَنْهَوْنَ عَنِ الْمُنْكَرِ
"Onlar yaxşılığı əmr edir, pisliyə qadağa qoyur.”
نَسُوا اللهَ
"Onlar Allahı yaddan çıxar-mışlar.” يُقِيمُونَ الصَّلَوةَ
"Namazı iqamə edir.”
يَقْبِضُونَ اَيْدِيَهُمْ
"Öz əllərini (bəxşiş və in-faqda) bağlayırlar.” يُؤْتُونَ الزَّكَوةَ
"Zəkat ödəyir.”
فاسِقُونَ
"Həqiqətən, münafiqlər hə-min fasiqlərdir.” يُطِيعُونَ اللهَ
"Allaha itaət göstərirlər.”
نَارُ جَهَنَّم
Cəhənnəm odu vəd etmişdir.” جَنَّات، مَساكِن
"Əbədi qalacaqları bağlar, könül oxşayan məskənlər vəd etmişdir.”
لَعَنَهُمُ الله
Allah onları lənətləmiş-dir.” رِضْوانٌ مِنَ الله
"Allahın razılığı.”
عَذابُ جَهَنَّم
"Onlar üçün davamlı əzab var.” فَوْزٌ عَظِيم
"Böyük qurtuluş.”
Bildirişlər
1. İlahi mükafatın əldə olunmasında qadın və kişi bərabərdir.
2. Behiştin ən böyük imtiyazı onun və ondakı nemətlərin əbədiliyidir.
3. Axirət həyatı təkcə mənəvi deyil. Bu həyat həm də maddi, cismanidir.
4. Yaxşı məskən yaxşı məntəqədə yerləşdikdə dəyərli olur.
5. İnsan təbiətindəki suya, yaşıllığa, bağ-bağçaya, mənzilə olan meyllərdən onun mənəviyyata meyli üçün istifadə edək.
6. Behiştin mənəvi ləzzətləri onun maddi ləzzətlərindən üstündür.
7. Behiştin də dərəcələri və mərtəbələri var.
8. Axirət mükafatına və ilahi razılığa çatmaq böyük qurtuluşdur.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.