Ət-Tövbə surəsi - Ayə: 73

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 73
Ey peyğəmbər, kafirlərlə (vuruşmaqla) və münafiqlərlə (dəlil-sübut gətirmək və onlarla ünsiyyətdən uzaqlaşmaqla) cihad et və onlarla sərt davran. Onların qalacaqları yer Cəhənnəmdir və ora pis dönüş yeridir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 73. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 73 MÖHSÜN QƏRAƏTİ.

"Ey peyğəmbər! Kafirlər və münafiqlərlə vuruş, onlarla sərt ol, onların yeri cəhənnəmdir və pis aqibətləri var.”
Nöqtələr
Nə qədər ki, münafiqlər döyüşə qalxmayıb və kafirlər kimi hərbə əl atmayıblar, onlarla yalnız dillə cihad aparılmalıdır. 
Peyğəmbər (s) bu ayədən öncə münafiqlərlə mərhəmətli rəftar edirdi. Ayə nazil olduqdan sonra həzrət onlara qarşı sərt mövqe tutdu. 
Bildirişlər
1. Cihad müsəlmanların rəhbərinin göstəriş və nəzəri əsasında gerçəkləşməlidir.
2. İslam quruluşunda hərbi qüvvələrin baş komandanı rəhbərdir.
3. İslam cihad, küfr və nifaqla mübarizə ayinidir.
4. Həm aşkar xarici, həm də gizli daxili düşmənlərlə mübarizə aparaq.
5. Müsəlmanların rəhbəri zalım qüvvələr qarşısında ciddi mövqe tutmalıdır.
6. Peyğəmbər rəhmət qaynağı olsa da, düşmənlərin küfr və nifaqı səbəbindən sərt rəftar əmri almışdır.
7. Kafir və münafiqlərin dünyəvi cəzası onlarla cihad, axirət cəzası isə cəhənnəmdir.
8. Münafiqi pis aqibət gözləyir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.