Ət-Tövbə surəsi - Ayə: 65

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 65
Əgər onlardan (nə üçün İslam əleyhinə danışır və fəaliyyət göstərirdiniz?) soruşsan, «biz yalnız zarafat edir və oynayırdıq» deyəcəklər. De: «Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehza edirdiniz?»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 65. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 65 MÖHSÜN QƏRAƏTİ.

"Əgər münafiqlərdən (nə üçün məsxərə etdiklərini) soruşsan, şübhəsiz ki, deyərlər: "Biz yalnız zarafat edir, əylənirik.” De ki, yoxsa Allahı, Onun ayələrini və Peyğəmbərini (s) məsxərəyə qoyursunuz?!”
Nöqtələr
"Xəvz” sözü palçığa batmaq (qədəm qoymaq) mənasını bildirir. Bu söz Quranda çirkin işlərə yol vermək mənasında işlədilmişdir.
Ayə Təbuk döyüşünə aiddir. Həmin döyüş ki, münafiqlər həzrət Peyğəmbəri (s) qətlə yetirmək fikrinə düşmüşdülər. Onlardan biri demişdi: "Əgər qurğumuz faş olsa, nə edək?” O biri demişdi: "Deyərik ki, əylənirdik.” Əslində günahdan da pis bir üzr gətirdilər.” 
Bildirişlər
1. Yalan və don geyindirmək münafiqlərin daimi işlərindəndir.
2. Hətta qurğu ifşa olunmamış geri çəkilmək, zəiflik göstərmək, yalan və müxaliflik münafiqin nişanələrindəndir.
3. Allah münafiqlərin bəhanələri və gələcəkləri haqqında xəbər vermiş, onları rüsvay etmişdir.
4. Münafiqlər özlərinə haqq qazandırmaq üçün həm and içirdilər, həm də zarafat etdiklərini bildirirdilər.
5. Peyğəmbər (s) münafiqləri qınamağa borcludur.
6. Dini müqəddəsliklərlə zarafata icazə yoxdur.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.