Ət-Tövbə surəsi - Ayə: 68

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 68
Allah münafiq kişilərə və qadınlara və kafirlərə əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. Onlara bu bəsdir. Və onlara Allah lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 68. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 68 MÖHSÜN QƏRAƏTİ.

"Allah münafiq kişi və qadınlara, kafirlərə daim qalacaqları cəhənnəm odu vəd etmişdir. O (cəhənnəm) bəsləridir. Allah onları lənətləmişdir və onlar üçün davamlı əzab var.”
Bildirişlər
1. Qadın və kişi ilahi vəzifələr qarşısında bərabərdir.
2. İlahi cəzalar öz əməllərimizin nəticəsidir. (65-ci ayədə münafiqlər müsəlmanlara istehza edirdilər. Bu ayədə Allah "vəədə” və "həsbuhum” təbirləri ilə bir növ münafiqlərə istehza edir)
3. Cəhənnəm vədi öncə münafiqlərə, sonra kafirlərə aiddir.
4. Münafiqlər dünyada möminlərin kənarında dayansa da, axirətdə kafirlərlə olasıdırlar.
5. Cəhənnəm bütün dərd-bəlaların məcmusudur. Münafiqlər və kafirlər üçün cəhənnəm bəs edər.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.