Ət-Tövbə surəsi · 71-ci ayə

Mömin kişilər və möminə qadınlar bir-birlərinin dost, yardımçı və başçılarıdırlar. (Bir-birlərinə ağıl və şəriət baxımından) yaxşı (hesab edilən) iş görməyi əmr edir və (ağıl və şəriət baxımından) pis (sayılan) işdən çəkindirirlər, namaz qılır, zəkat verir və Allah və Onun Peyğəmbərinə itaət edirlər. Allahın tezliklə Öz rəhmətinə şamil edəcəyi kəslər onlardır. Həqiqətən Allah yenilməz qüdrət sahibi və (yaradılış, qanunvericilik və cəzalandırmaqda) hikmətlidir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 71
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"İmanlı kişilər və qadınlar bir-birlərinin köməkçisi və himayədarıdırlar. (Onlar) yaxşılığı əmr edir, pisliyə qadağa qoyur, namazı iqamə edir, zəkat ödəyir, Allah və Onun rəsuluna itaət göstərirlər. Tezliklə Allah onları Öz rəhmətində qərar verəcəkdir. Həqiqətən, Allah qalibdir (qüvvəli) və hikmət sahibidir.”
Nöqtələr
67-ci ayədə münafiqlər haqqında "bəzuhum min bəz” ("bir-birlərindəndir”) təbiri işlədilmişdi. Bu ayədə isə möminlər haqqında buyurulur: "Bir-birlərinin köməkçisi və himayədarıdırlar.” Ola bilsin ki, bu fərq münafiqlər arasında dərin vəhdət, vilayət bağlılığının olmamasından doğur. Münafiqlərin birliyi zahiridir və onlar bu birliyi şəxsi mənafeyə qurban verirlər. Quran buyurur: "Onların vəhdətdə olduğunu güman edirsən, halbuki qəlbləri dağınıqdır.” 
Yaxşılıq əmri və pisliyə qadağa digər vacib göstərişlərin icrasına şərait yaratdığından bu ayədə həmin əmr namaz və zəkat əmrindən öndə gəlir. 
Bildirişlər
1.Cəmiyyətin islahında həm qadın, həm də kişinin rolu var.
2. İslam cəmiyyətində möminlər arasında himayə, yardım, nəzarət haqqı müəyyənləşdirilmişdir. Möminlər bir-birlərinə biganə deyillər.
3. Bütün imanlı kişi və qadınlara vacib buyurulmuş yaxşılıq əmri və pisliyə qadağa vəzifəsi qarşılıqlı himayə haqqına əsaslanır.
4. "Əmr be məruf” və "nəhy əz münkər” (yaxşılıq əmri və pisliyə qadağa) zəif mövqedən bəyan olunmamalıdır.
5. Əmr və qadağa yalnız məhəbbət və vilayət sayəsində gerçəkləşə bilər.
6. Bütün ibadətlər yoxsullara diqqət və qayğı ilə müşayiət olunmalıdır.
7. Fərd və cəmiyyətin islahında imanın mühüm rolu var.
8. Əmr və qadağa, namazın bərpası, zəkat ödənməsi, Allah və Onun rəsuluna itaət möminlərin daimi vəzifələrindəndir.
9. Başqalarını xeyir əmələ çağıran özü də xeyir əhli olmalıdır.
10. Allah və Onun rəsuluna həvəslə itaət edilməlidir.
11. İbadi proqramlarda Allaha, hökumət proqramlarında peyğəmbərə itaət zəruridir.
12. İlahi rəhməti doğuran amil insanın öz əməlləridir.
13. İlahi rəhmətin əldə olunmasında qadın və kişi barabərdir.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 71-ci ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 71-ci ayəsi nə haqqındadır?
Mömin kişilər və möminə qadınlar bir-birlərinin dost, yardımçı və başçılarıdırlar. (Bir-birlərinə ağıl və şəriət baxımından) yaxşı (hesab edilən) iş görməyi əmr edir və (ağıl və şəriət baxımından) pis (sayılan) işdən çəkindirirlər, namaz qılır, zəkat verir və Allah və Onun Peyğəmbərinə itaət edirlər. Allahın tezliklə Ö...
Ət-Tövbə surəsi 71-ci ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 71-ci ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 71-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 71-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 71-ci ayənin təfsiri nədir?
"İmanlı kişilər və qadınlar bir-birlərinin köməkçisi və himayədarıdırlar. (Onlar) yaxşılığı əmr edir, pisliyə qadağa qoyur, namazı iqamə edir, zəkat ödəyir, Allah və Onun rəsuluna itaət göstərirlər. Tezliklə Allah onları Öz rəhmətində qərar verəcəkdir. Həqiqətən, Allah qalibdir (qüvvəli) və hikmət sahibidir.” Nöqtələr 67-ci ayədə münafiqlər haqqında "bəzuhum min bəz” ("bir-birlərindəndir”) təbiri işlədilmişdi. Bu ayədə isə möminlər haqqında buyurulur: "Bir-birlərinin köməkçisi və himayədarıdırla...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.