"Münafiqlər qorxurlar ki, onların içindəkilərdən xəbər verən zərərlərinə tamamlanacaq bir surə nazil olsun. De ki, (istədiyiniz qədər) məsxərə edin. Şübhəsiz, Allah qorxduğunuz şeyləri aşkar edəcək.”
Ayənin nazil olma şəni haqqında deyilir: Münafiqlərdən bir dəstəsi qərara gəldilər ki, Təbuk döyüşündə qayıdarkən aşırımlardan birində Peyğəmbərin (s) dəvəsini hürküdüb onu qətlə yetirsinlər. Bu məsələ vəhy vasitəsi ilə Peyğəmbərə (s) xəbər verildi.
Həzrət Peyğəmbər (s) Əmmar və Hüzeyfənin müşayiəti ilə aşırıma çatdı. Münafiqlər hücuma keçdilər. Peyğəmbər (s) onları tanıyıb adlarını Hüzeyfəyə dedi. O soruşdu: "Nə üçün qətllərinə fərman vermirsən?” Həzrət (s) buyurdu: "İstəmirəm desinlər ki, Məhəmməd (s) qüdrətə çatandan sonra müsəlmanları öldürdü.”
Münafiqlər Peyğəmbərin (s) arxasınca istehza ilə deyirdilər: "O Şam saraylarını fəth etmək istəyir.” Ayə nazil oldu və onlar rüsvayçılıqla hədələndilər.
"Surə” deyərkən ilahi ayələr məcmusu nəzərdə tutulur. Quranın yüz on dörd hissəsi ilkin İslam dövründən surə adlandırılmışdır.
1. Münafiq qorxur ki, hər an onun iç üzü açıla bilər.
2. Münafiqlər bilirdilər ki, Allah onların işindən agahdır, İslam Peyğəmbəri (s) haqdır və onun Allahla rabitəsi var. Bu səbəbdən də surələrin nazil olması onları narahat edirdi.
3. Quran ayələri ehtiyaclara uyğun tədricən nazil olmuşdur.
4. İstehza münafiqlərə məxsus şivədir. (İstehza deyərkən nifaq da nəzərdə tutula bilər.)
5. Münafiqlərin ifşa olunması ilahi sünnə və vədlərdəndir.
6. Allahın iradəsi münafiqlərin istəklərinə qalibdir.
7. Münafiqləri hədələmək zəruridir.