Ət-Tövbə surəsi - Ayə: 59

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 59
Əgər onlar Allahın və Onun Peyğəmbərinin (sədəqələrdən) onlara verdikləri ilə razılaşıb «bizə Allah kifayətdir, tezliklə Allah və Onun Peyğəmbəri bizə Öz lütfündən əta edəcək, həqiqətən biz Allaha tərəf meylliyik» desəydilər (onlar üçün daha yaxşı olardı).
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 59. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 59 MÖHSÜN QƏRAƏTİ.

"Əgər onlar Allah və Onun Peyğəmbərinin (s) verdiyi ilə razılaşsaydılar və desəydilər ki, Allah bizə bəsdir, Allah və Onun rəsulu tezliklə bizə fəzlini yetirər, biz yalnız Allaha ümidvarıq... (Belə desəydilər, daha yaxşı olardı.)”
Nöqtələr
Bu ayədə dörd məsələ önə çəkilir: İlahi təqdirdən razılıq və ona təslimçilik; Razılığın dillə bəyanı; Allahın fəzl və kərəminə ümid; Dünyaya bağlanmamaq və Allaha rəğbət.
Bildirişlər
1. Münafiqlər heç vəchlə Allahdan və Onun təqdirlərindən razı qalmırlar.
2. Beytul-malın sərfində, iqtisadi məsələlərin həllində hansı siyasətin yürüdülməsi və hansı qərarların çıxarılması Allah, Onun rəsulu və İslam ümmətinin rəhbərinin ixtiyarındadır.
3. Yalnız çətinlikləri düşünüb bədbinləşmək olmaz. Səbir daha yetərli gələcəyi təmin edir.
4. Dünyadakı məhrumiyyətlərin acılığı Allahın qəti behişt vədləri ilə şirinləşir.
5. Allahın bizə borcu yoxdur. Nə verirsə, Öz fəzlindən verir.
6. Allahın lütfləri peyğəmbərlər və övliyalar vasitəsi ilə çatdırılır.
7. İlahi məhəbbət səbir, razılıq və qənaət üçün zəmindir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.