Ət-Tövbə surəsi - Ayə: 62

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 62
Onlar sizi razı salmaq üçün sizə (öz xoşagəlməz işləri barədə) Allaha and içirlər, halbuki əgər mömin olsaydılar Allahı və Onun Peyğəmbərini razı salmaları daha yaxşı olardı.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 62. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 62 MÖHSÜN QƏRAƏTİ.

"(Münafiqlər) and içirlər ki, sizi razı sala bilsinlər. Halbuki iman gətirsəydilər, Allah və Onun rəsulunu razı salmaq daha yaxşı olardı.”
Bildirişlər
1. Münafiq daim qorxu, dəhşət və iztirab içindədir. O, yalan andlarla xalqın inamından istifadə edib diqqəti özünə cəlb etmək istəyir.
2. Hər anda aldanmayın. Çünki bəzən müqəddəsliklər çirkin insanların əlində alətə çevrilir.
3. Həqiqi mömin üçün xalqın yox, Allahın razılığı mühümdür.
4. Peyğəmbərin (s) razılığı elə Allahın razılığıdır.
5. Xalqın razılığını Allahın razılığından üstün tutan kəsin nifaqdan payı var və belə bir şəxs məzəmmət olunmalıdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.