Ət-Tövbə surəsi - Ayə: 58

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 58
Onların bəzisi sədəqələr(in bölünməsi) barəsində sənə irad tuturlar. Əgər ondan onlara verilsə razı qalar və əgər verilməsə (hətta haqları olmasa belə), qəfildən qəzəblənərlər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 58. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 58 MÖHSÜN QƏRAƏTİ.

"Münafiqlərdən bəziləri sədəqədə (zəkatın bölünməsində) sənə eyb tuturlar. Əgər onlara da bir şey verilsə razı qalarlar. Amma onlara bir şey verilməsə qəfil qəzəblənərlər ( və səni ədalətsizlikdə ittiham edərlər).”
Nöqtələr
"Ləmz” üzdə, "həmz” arxada eyb tutulmasını bildirir.
Sonralar yolunu azmış xəvaric və mariqinin rəhbəri olmuş şəxs Hüneyn döyüşündə qənimətin bölünməsinə etiraz edib Peyğəmbərə(s) dedi: "Ədalətlə rəftar et.”
Həzrət buyurdu: "Məndən ədalətlisi kimdir?” Ömər həmin şəxsi qabalığına görə öldürmək istədi. Həzrət Peyğəmbər (s) buyurdu: "Onu azad burax. Onun elə ardıcılları olacaq ki, həmin ardıcılların ibadətinə baxdıqda öz ibadətinizi heç sayacaqsınız. Bütün bu ibadətlərinə baxmayaraq, ox kamandan xaric olan tək dindən xaric olacaqlar.” (Həzrət quru ibadətə varmış Nəhrəvan şeyxlərinə işarə edirdi.) Nəhayət, Nəhrəvan döyüşündə Həzrət Əli (ə) bu şəxsin həyatına son qoydu.
Bildirişlər
1. Münafiq hətta peyğəmbərə qarşı çıxıb, onu sancır.
2. Münafiqlərin hücum və təbliğatlarının itiliyi rəhbərlikdəndir.
3. Peyğəmbərin səhabələri arasında ədalət çərçivəsini aşanlar da olub.
4. İslam quruluşunun məsulları münafiqlərin iradlarından təsirlənməməlidirlər.
5. Ümumi malın bölünməsi o qədər həssas məsələdir ki, bəzən Peyğəmbər (s) də bu məsələdə ittiham olunur.
6. Rəhbərə qarşı bir çox ədəbsizliklər insandakı eqoistlikdən doğur.
7. Bəzi tənqidlərin arxasında canıyananlıq yox, şəxsi mənafelər dayanır.
8. İslam cəmiyyətində iqtisadi siyasətin müəyyənləşdirilməsi Peyğəmbər (s) və İslam rəhbərinin vəzifəsidir.
9. Münafiq öz haqqına qane olmur. O, eqoist və məntiqsizdir.
10. Bir çox insanların kin-küdurəti, düşmənçiliyi, tənə və mühakiməsi maddi mənafelərdən doğur. (İmam Sadiq (ə) buyurmuşdur: "Xalqın üçdə ikisindən çoxu belədir.”  (Bəli, bəzi yanlış təhlillərin kökü iç amillər ilə bağlıdır.)
Müəllif: MÖHSÜN QƏRAƏTİ.