Ət-Tövbə surəsi · 55-ci ayə

Odur ki, onların malları və övladları(nın çoxluğu) səni təəccübləndirməsin! Həqiqətən Allah onların (mal və övladlarının əldə edilməsi və qorunması) vasitəsilə dünya həyatında onlara əzab vermək və canlarının kafir olduqları halda çıxmasını istəyir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 55
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Münafiqlərin var-dövləti və övladları səni təəccübləndirməsin. Allah bu vasitə ilə yalnız onu istəyir ki, onlara dünya həyatında əzab versin, canları küfr halında çıxsın.”
Nöqtələr
"Təzhəq” deyərkən çətinlik və təəssüflə xaric olmaq nəzərdə tutulur.
Allahın təəccüb etməməyə çağırışı peyğəmbərin təəccüb etməsinə dəlil sayılmır. Bu çağırışda məqsəd gözlənilən halı qabaqlamaqdır.
"Nəhcül-bəlağə”də bəzilərinin canvermə halı təsvir olunmuşdur. Onlar ölən zaman var-dövlətləri gözlərinin önündə cilvələnir və onlar bu ayrılıqdan əzab duyurlar. 
Var-dövlət vasitəsi ilə əzab yollarına nəzər salaq: var-dövləti qazanmaq əzabı, var-dövləti oğrudan, yanğından qorumaq əzabı, can verən zaman var-dövlətdən ayrılmaq əzabı, qiyamətdə var-dövlətin necə qazanılıb, necə sərf olunması ilə bağlı sorğu əzabı.
Bildirişlər
1. Peyğəmbərlərin müasiri olmuş möminlərin maddi durumu münafiqlərlə müqayisədə zəif idi.
2. Bəzən nemət də insana bədbəxtlik gətirir və iqtisadi imkanlar insanın məhvinə səbəb olur.
3. Münafiq varlıları zillətə salmaq ilahi sünnələrdəndir.
4. İlahi əzab təkcə axirətə aid deyil, dünyada da insanın sorağına gəlir.
5. Ölüm yoxluq yox, ruhun bədəndən ayrılmasıdır.
6. Münafiqin canında çıxarılma ləyaqəti yoxdur, o özü xaric olur.
7. Varlı münafiq çətin can verir.
8. Münafiqin malik olduğu var-dövlət və övladlar onun dünyadan kafir getməsinə zəmin yaradır.
9. İşlərin gedişini yox, aqibətini nəzərə alın.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 55-ci ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 55-ci ayəsi nə haqqındadır?
Odur ki, onların malları və övladları(nın çoxluğu) səni təəccübləndirməsin! Həqiqətən Allah onların (mal və övladlarının əldə edilməsi və qorunması) vasitəsilə dünya həyatında onlara əzab vermək və canlarının kafir olduqları halda çıxmasını istəyir.
Ət-Tövbə surəsi 55-ci ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 55-ci ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 55-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 55-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 55-ci ayənin təfsiri nədir?
"Münafiqlərin var-dövləti və övladları səni təəccübləndirməsin. Allah bu vasitə ilə yalnız onu istəyir ki, onlara dünya həyatında əzab versin, canları küfr halında çıxsın.” Nöqtələr "Təzhəq” deyərkən çətinlik və təəssüflə xaric olmaq nəzərdə tutulur. Allahın təəccüb etməməyə çağırışı peyğəmbərin təəccüb etməsinə dəlil sayılmır. Bu çağırışda məqsəd gözlənilən halı qabaqlamaqdır. "Nəhcül-bəlağə”də bəzilərinin canvermə halı təsvir olunmuşdur. Onlar ölən zaman var-dövlətləri gözlərinin önündə cilvəl...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.