Ət-Tövbə surəsi - Ayə: 56

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 56
Onlar həqiqətən də sizdən olmaları barəsində Allaha and içirlər. Halbuki, onlar sizdən deyildirlər, əksinə (nifaqlarının faş olmasından) qorxan bir dəstədirlər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 56. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 56 MÖHSÜN QƏRAƏTİ.

"Münafiqlər Allaha and içirlər ki, həqiqətən, onlar sizdəndirlər. Halbuki (yalan deyildirlər,) sizdən deyillər. Onlar (sizdən) qorxan bir qövmdürlər.”
Nöqtələr
"Yəfrəqunə” deyərkən şiddətli, qəlbi parçalayan qorxu nəzərdə tutulur.
Bildirişlər
1. Münafiqlər işdə yalan anddan istifadə edirlər.
2. Münafiqin tövbəsinin qəbuluna, onun iddialarına inanmağa tələsməyin. Çünki onlar yalançıdırlar.
3. Münafiqlərin həqiqi simasını ifşa etmək zəruridir.
4. Qorxu və dəhşət münafiqin digər nişanələrindəndir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.