"Yoxsa güman edirdiniz ki, Allah sizlərdən cihad edib, Allahı, Onun rəsulunu və möminləri sirdaş seçənləri müəyyənləşdirməmiş azad buraxılarsınız?! Allah etdiyiniz işlərdən agahdır.”
Bu ayə də ötən ayələr kimi cihada təşviq üçündür.
"Vəlicətən” sözü sirr, gizli iş mənasını bildirir. Burada həmin söz sirdaş mənasında işlədilmişdir.
Çoxsaylı rəvayətlərə əsasən, ayədə sirr veriləsi möminlər deyilərkən, səmavi rəhbərlər nəzərdə tutulur.
1. Varlıq aləmi və ondakı proqramlar məqsədlidir. İnsanlar və onların gələcəyi öz başına buraxılmamışdır. Bu səbəbdən də xəyal dünyasından çıxıb gerçəyi görməliyik.
2. "İmanlıyam” demək bəs etmir. İnsanları bir-birindən fərqləndirən amil əməl, cihad və sınaqdır.
3. İman sınağından o kəslər müvəffəqiyyətlə çıxır ki, İslam cəmiyyətinin sirlərini yalnız Allaha, Onun rəsuluna və gerçək möminlərə açırlar. (İlkin İslam dövründə bəziləri biganələrlə əlaqə saxlayırdı)
4. Biganələrə sirr vermək, onları məhrəm saymaq haramdır, zəiflik və imansızlıq nişanəsidir və məzəmmət olunur.
5. Müsəlmanların vəzifəsi xarici düşmənlərlə döyüş, daxili düşmənlərə sirr verməməkdir.
6. Allah xalqın vəziyyətindən agahdır və onları sınamağa ehtiyac duymur. Amma hər bir insanın sınağa çəkilməsi ilahi bir sünnədir. (İlahi sınaqda insan öz kimliyini anlayır)
7. Əgər biganəyə sirr açsanız, Allah bilər və hesabınıza yetişər.