Ət-Tövbə surəsi - Ayə: 18

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 18
Həqiqətən Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və (dini vəzifələrin yerinə yetirilməsində) Allahdan başqa heç kəsdən qorxmayan şəxslər (maddi və mənəvi cəhətdən) abad edərlər. Buna görə də onların hidayət olunmuşlardan olmalarına ümid vardır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 18. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 18 MÖHSÜN QƏRAƏTİ.

"Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə inanan, namazı bərpa edən, zəkat ödəyən və Allahdan başqasından qorxmayan kəslər təmir etməlidirlər. Ümid var ki, onlar doğru yolu tapmışlardan olalar.”
Nöqtələr
Məscid müsəlmanların mühüm ibadət və yığıncaq yerləridir. Bu səbəbdən də məscidin qəyyumları saleh, proqramları tərbiyəvi, büdcəsi halal, əhli təqvalı olmalıdır. Əgər məscidi tikənlər zalım, pişnamaz qorxaq, xidmətçilər süst olarsa, təbii ki, həmin məkanda əsas məqsəd ödənməyəcək, mənəvi abadlıq olmayacaq.
Mərhum Feyz Kaşaninin "Təfsire-Safidə” qeyd etdiyi kimi, "məscidin təmiri” dedikdə onun binasının bərpası, təmizliyi, döşənməsi, işıqlandırılması, eləcə də, orada tədris və təbliğ nəzərdə tutulur.
Zəkat sözü Quranda otuz iki dəfə zikr edilmişdir. 28 məqamda zəkat sözü namaz sözü ilə yanaşı qeyd olunur.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Bir şəxsin məscidə gedib-gəldiyini gördükdə, onun imanına şahid durun.” 
Hədislərdə məscid əhli üçün bir çox faydalar zikr olunmuşdur: Dini dost və qardaş tapmaq, faydalı agahlıqlar əldə etmək, günahdan uzaqlaşmaq, ilahi nemət və rəhmətdən bəhrələnmə. 
Bildirişlər
1. Məscidə qəyyumluğun və onun təmirinin şərtləri var:
a) Məscidi təmir edən şəxs etiqad baxımından yaranış və məada etiqadlı olmalıdır.
b) Qəyyum əməl baxımından namaz qılmalı və zəkat ödəməlidir.
v) Həmin şəxs ruhi baxımdan şücaətli olmalı və kənar təsir altına düşməməlidir. (Əgər məscidin qəyyumu şücaətli olsa, məscid də zülmə qarşı hərəkət mərkəzi olar)
2. Məhrumların qayğısına qalmaq məscid qəyyumlarının və onu təmir edənlərin vəzifəsidir.
3. İman əməldən, namaz zəkatdan, məscid inqilabdan ayrı deyildir.
4. İmanımız, saleh əməlimiz, namazımız, zəkatımız və şücaətimiz olsa da, qürrələnməyək və bilək ki, büdrəmə təhlükəsi hələ də var.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.