Ət-Tövbə surəsi · 104-cü ayə

Məgər onlar bilmirlərmi ki, bəndələrindən tövbəni Allah qəbul edir, sədəqələri (zahirdə Peyğəmbərin, yaxud haqq sahibinin almasına baxmayaraq) əslində Onun Özü götürür və Allah tövbələri çox qəbul edən və mehribandır?!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 104
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Bilmədilərmi ki, yalnız Allah Öz bəndələrindən tövbəni qəbul edir, sədəqələri alır və Allah tövbələri qəbul edən və mehribandır.”
Nöqtələr
Təbuk döyüşündə iştirak etməmiş bir dəstə həzrət Peyğəmbərin (s) yanına gəlib tövbələrinin qəbul olunmasını istədilər. Ayədə buyurulur ki, tövbələri qəbul edən başqası yox, yalnız Allahdır. Peyğəmbərə və imama verilən sədəqə və zəkatların əsil ünvanı Odur.
Peyğəmbər (s) Allahın göstərişi altında zəkat aldığından, əslində bu zəkatı Allah alır. Necə ki, beyət ayəsində buyurulur: "Ey peyğəmbər, kim sənə beyət etdisə, elə bil, Allaha beyət etmişdir.” 
İmam Sadiq (ə) buyurmuşdur: "Sədəqə əvvəlcə Allaha çatır, sonra fəqirin əlinə yetişmiş olur.” Sonra həzrət həmin bu ayəni tilavət etmişdir. 
İmam Sadiqdən (ə) soruşdular ki, zəkat peyğəmbərə məxsusdur, yoxsa ondan sonra da davam edir? Həzrət buyurdu: "Bəli, davamı var.” 
Bildirişlər
1. Tövbəni nəinki keşişlər və kilsə, hətta Allahın peyğəmbəri də qəbul edə bilməz. Bu, yalnız Allaha məxsus məqamdır.
2. Zəkat ödənməsi gerçək tövbə şərtidir.
3. İnsanın daxilindəki inqilab onun maddi yardımlarından öndə gəlir.
4. Tövbə təkcə peşmançılıq deyil, peşmançılıqdan sonra islah və əməl də lazımdır.
5. Sədəqəni Allah qəbul etdiyindən onu həvəslə, ən yaxşı mallardan və ən üstün tərzdə verək.
6. Zəkat böyük müqəddəsliyə malik islami ödəncdir. Çünki onu alan Allah-təaladır.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 104-cü ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 104-cü ayəsi nə haqqındadır?
Məgər onlar bilmirlərmi ki, bəndələrindən tövbəni Allah qəbul edir, sədəqələri (zahirdə Peyğəmbərin, yaxud haqq sahibinin almasına baxmayaraq) əslində Onun Özü götürür və Allah tövbələri çox qəbul edən və mehribandır?!
Ət-Tövbə surəsi 104-cü ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 104-cü ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 104-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 104-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 104-cü ayənin təfsiri nədir?
"Bilmədilərmi ki, yalnız Allah Öz bəndələrindən tövbəni qəbul edir, sədəqələri alır və Allah tövbələri qəbul edən və mehribandır.” Nöqtələr Təbuk döyüşündə iştirak etməmiş bir dəstə həzrət Peyğəmbərin (s) yanına gəlib tövbələrinin qəbul olunmasını istədilər. Ayədə buyurulur ki, tövbələri qəbul edən başqası yox, yalnız Allahdır. Peyğəmbərə və imama verilən sədəqə və zəkatların əsil ünvanı Odur. Peyğəmbər (s) Allahın göstərişi altında zəkat aldığından, əslində bu zəkatı Allah alır. Necə ki, beyət ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.