"De ki, əməl edin, tezliklə Allah, Onun rəsulu və möminlər sizin işinizi görərlər. Tezliklə qeyb və aşkarı bilənə doğru qaytarılarsınız. Sizi gördüyünüz işlərdən agah edəcək.”
Allahın, Peyğəmbərin (s) və möminlərin bizim əməllərimizdən xəbər tutacağını bildirən bu ayə əslində əməllərin övliyalara çatdırılması kimi şiə əqidəsini təsdiqləyir. Əməllər gündəlik, həftəlik və ya aylıq olaraq övliyalara çatdırılır. Əməllərimiz xeyir olduqda, övliyalar da bizə görə şadlanır. Əməllər pis olduqda, onlar qəmlənirlər. Belə bir həqiqətə iman təqva və həyaya müsbət təsir göstərir. İmam Sadiq (ə) buyurmuşdur: "Ey xalq! Öz günahlarınızla Allah rəsulunu narahat etməyin.”
Rəvayətlərə əsasən bu ayədəki "möminlər” təbiri məsum imamlara işarədir. Allah imamları bizim əməllərimizdən xəbərdar edir.
1. İnsan öz-özlüyündə azaddır.
2. Əməllərimizin Allahın hüzurunda baş verməsinə diqqət günaha mane olur.
3. Ətrafdan baxanlar çox olduqca xəcalət hissi də güclənir. Xüsusi ilə Allah, Peyğəmbər (s) və möminlərin nəzəri günaha mane olur.
4. Ölçü meyarı əməldir. Düna həyatında övliyalara çatdırılan bizim əməllərimizdir. Qiyamətdə də sorğuya çəkilən əməldir.
5. Əməllərimizin mahiyyəti qiyamət günü aşkarlanacaq.