"Mallarından sədəqə al ki, bu yolla onları paklayasan, inkişaf etdirəsən. Onlara salam göndər (dua et). Çünki sənin duan onların aramlığına səbəb olur. Allah eşidən və biləndir.”
Ayə hicrətin ikinci ili ramazan ayında, Mədinədə nazil olmuşdur. Peyğəmbər (s) buyurdu: "Elan edin ki, Allah zəkatı da namaz kimi vacib etdi.” Bir ildən sonra yenə göstəriş verdi ki, müsəlmanlar zəkat ödəsinlər.
Peyğəmbər (s) zəkat verənlərə salam göndərdi. Allah isə qanına bələndiyi halda müqavimət göstərən mücahidlərə salam göndərir.
1. İslam hakiminin vəzifələrindən biri zəkat toplamaqdır.
2. İslam xüsusi mülkiyyəti qəbul edir.
3. Zəkat sizin sərmayənizin kiçik bir hissəsini təşkil edir. Onu həvəslə ödəyin.
4. Zəkat insanın iman iddiasının sübutudur.
5. Zəkat insanın ruhunu xəsislikdən, dünyapərəstlikdən təmizləyir.
6. Zəkat fərd və cəmiyyətdə əxlaqi keyfiyyətləri inkişaf etdirir.
7. Bir çox fəsadların səbəbi yoxsulluqdur. Məhrumların dolanışıq xərclərinin təmini cəmiyyəti bir sıra fəsadlardan xilas edir.
8. Həzrət Peyğəmbər (s) adi xalqa salam göndərirdi. Onun bu münasibəti xalqı yaxşılığa sövq edir, şəxsiyyətlərini formalaşdırırdı.
9. Zəkat ödəyənlə zəkat alanın rabitəsi məhəbbət və mənəviyyat üzərində qurulmalıdır.
10. Peyğəmbərin xalqa duası qəbuldur.
11. Deməyək ki, zəkat vermək vəzifədir, zəkat verənlərə təşəkkür edək.
12. Təşviq həmişə maddi olmur. Bəzən mənəvi təşviq daha təsirli olur.
13. Təşviq işin ağırlığını yüngülləşdirir.
14. Göstərişlərin və vəzifələrin qaynağı ilahi elmdir.