Ət-Tövbə surəsi - Ayə: 99

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 99
Həmçinin bədəvi ərəblərdən Allaha və axirət gününə imanı olanlar və xərclədiklərini Allaha yaxınlaşmaq amili və Onun Peyğəmbərinin duaları(nın onlara şamil edilməsi vasitəsi) hesab edənlər vardır. [Yaxud: Onlar xərclədiklərini və Peyğəmbərin (onların haqqında etdiyi) dualarını Allaha yaxınlaşmaq amili hesab edirlər.] Bilin ki, o (xərclədikləri şeylər və Peyğəmbərin duaları) onların (Allaha) yaxınlaşma amilidir. Allah tezliklə onları Öz mərhəmətinə (mərhəmətinin pənahına) daxil edəcəkdir. Həqiqətən Allah çox bağışlayan və mehribandır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 99. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 99 MÖHSÜN QƏRAƏTİ.

"Amma bədəvi ərəblərdən bəziləri Allaha və qiyamət gününə imanlı kəslərdir. Onlar infaq etdiklərini Allaha yaxınlıq və peyğəmbərin duası üçün vasitə bilirlər. Agah olun ki, həmin infaqlar onlar üçün yaxınlıq səbəbidir. Tezliklə Allah onları Öz rəhmətinə daxil edər. Həqiqətən, Allah bağışlayan və mehribandır.”
Bildirişlər
1. Bir dəstəni məzəmət edərkən onların arasındakı yaxşıları nəzərdən qaçırmayaq.
2. Bədəvilik və ictimai mühit təkamül imkanını insanın əlindən almır.
3. İman infaq və aramlığa zəmin yaradır.
4. Allaha yaxınlıq üçün maddi imkanlardan bəhrələnək.
5. Sırf əməl yox, xalis niyyət Allaha yaxınlıq səbəbidir. Həm mömin infaq edir, həm də münafiq. Amma möminin infaqı mədh olunmuşdur.
6. Peyğəmbərin razılığını qazanmaq üçün iş görmək tövhid əqidəsinə zidd deyil.
7. İnfaq edən mömin peyğəmbərin duasına nail olur.
8. Mömin ilahi rəhmətə qərq olmuşdur. Münafiq isə acı hadisələrə qərq olmuş vəziyyətdədir.
9. Mədəni mühitdən uzaq olan bədəvi ərəblərin xalis niyyətlə etdikləri infaq daha çox dəyərləndirilir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.