Ət-Tövbə surəsi - Ayə: 101

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 101
Sizin ətrafınızdakı (şəhərinizin ətrafında olan) bədəvi ərəblərdən bir dəstə münafiqdirlər. Mədinə əhlindən də nifaqa adət etmiş kəslər vardır. Sən onları tanımırsan, Biz onları tanıyırıq. Tezliklə onlara iki dəfə əzab verəcəyik (dünya əzabı, ölüm və Bərzəx əzabı), sonra isə (Qiyamətdə) daha böyük əzaba tərəf döndəriləcəklər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 101. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 101 MÖHSÜN QƏRAƏTİ.

"Sizin bədəvi ardıcıllarınızdan bir qismi münafiqdir. Mədinə əhlinin də bir dəstəsi nifaqa üz tutmuşdur. Sən onları tanımırsan, onları Biz tanıyırıq. Tezliklə onlara iki əzab verəcəyik. Sonra ağır əzaba doğru qaytarılarlar.”
Nöqtələr
"Mərədu” dedikdə bir işin xasiyyət yaradanadək təkrarı nəzərdə tutulur.
Ayədə qeyd olunan iki əzabdan biri xalq arasında rüsvayçılıq, digəri çətin can verməkdir. Necə ki, "Ənfal” surəsinin 50-ci ayəsində buyurmuşdur: "Ölüm mələkləri onların üzlərinə və arxalarına sillə vurarlar.” İki əzab dedikdə ruhun və cismin əzabı nəzərdə tutula bilər.
Bildirişlər
1. Yaxınlıqdakı münafiqləri nəzərdən qaçırmayaq.
2. Bədəvilərin küfr və nifaqı tünd də olsa, aşkardır. Şəhər əhlinin nifaqı isə pərdəlidir.
3. Nifaqın mərhələləri var. Nifaq bəzən səthi, bəzən köklü olur.
4. Peyğəmbər yalnız Allahın bəxşişi və təlimi sayəsində qeybdən xəbər tutur.
5. Öz azğınlığı üzərində israr göstərən və bu azğınlığın xasiyyətə çevrildiyi kəslər daha ağır əzaba düçar olurlar.
6. Münafiq həm dünya, həm də axirətdə müşkül içindədir. Onun çətinlikləri bir o qədər də uzaqda deyil.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.