Ər-Rəd surəsi · 36-cı ayə

(Səma) kitab(ı) verdiyimiz kəslər (İslamı təsdiq edən yəhudilər və xristianlar) sənə nazil olana sevinirlər. Və (kitab əhlindən olan) dəstələrdən bəziləri onun bəzi yerlərini (özlərinin üç üqnuma, cismiləşdirmə və təhrif kimi batil əqidələri ilə müxalif olan yerlərini) inkar edirlər. De: «Həqiqətən mənə Allaha ibadət etməyim və Ona (üluhiyyətdə, rübubiyyətdə, yaradılışda və ibadətdə) bir şərik qoşmamağım əmr olunmuşdur. Yalnız Ona tərəf çağırıram və dönüşüm də yalnız Ona tərəfdir».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 36
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Kitab verdiyimiz kəslər sənə nazil etdiyimizə sevinərlər. Bəzi dəstələrdə elələri var ki, onun (Quranın) bir hissəsini inkar edirlər. De ki, həqiqətən, mənə Allaha pərəstiş etmək və şərik qoşmamaq əmr olunub. Yalnız Ona doğru dəvət edirəm və qayıdışımız Ona doğrudur.”
Nöqtələr
Bu ayə də digər ayələr kimi sağlam, açıq qəlbli fərdləri, haqqı qəbul edən kitab əhlini mədh edir və buyurur: "Həqiqi kitab əhli haqqa meyillidir, yersiz ayrıseçkiliklərdən çəkinir, İslam və Quran ayələri ilə ünsiyyətdə olduqda sevinib iman gətirirlər.
Bildirişlər
1. Əsas məsələ ayələrin qəbulu olsa da, şadlıq içində qəbul etmək daha mühümdür.
2. İlahi göstərişlərin bəzilərinə yox, hamısına iman gətirmək zəruridir.
3. Kor-koranə firqəbazlıq haqpərəstlik qarşısında böyük bəla və təhlükədir.
4. Haqqın inkarına qarşı qətiyyət göstərilməlidir.
5. Xalis bəndəlik dəlili budur ki, taleyimizi və gələcəyimizi Allahdan asılı bilək.
6. Tövhid, nübuvvət və məad bütün səmavi dinlərin müştərək prinsipləridir.

Tez-tez Verilən Suallar

Ər-Rəd surəsi 36-cı ayə haqqında suallar və cavablar

Ər-Rəd surəsinin 36-cı ayəsi nə haqqındadır?
(Səma) kitab(ı) verdiyimiz kəslər (İslamı təsdiq edən yəhudilər və xristianlar) sənə nazil olana sevinirlər. Və (kitab əhlindən olan) dəstələrdən bəziləri onun bəzi yerlərini (özlərinin üç üqnuma, cismiləşdirmə və təhrif kimi batil əqidələri ilə müxalif olan yerlərini) inkar edirlər. De: «Həqiqətən mənə Allaha ibadət e...
Ər-Rəd surəsi 36-cı ayə hansı surədə yerləşir?
Ər-Rəd surəsi Quran-ı Kərimin 13-ci surəsidir. Bu surə Məkkəvi surədir və 36-cı ayə Ər-Rəd surəsinin tərkib hissəsidir.
Ər-Rəd surəsi 36-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ər-Rəd surəsinin 36-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ər-Rəd surəsi 36-cı ayənin təfsiri nədir?
"Kitab verdiyimiz kəslər sənə nazil etdiyimizə sevinərlər. Bəzi dəstələrdə elələri var ki, onun (Quranın) bir hissəsini inkar edirlər. De ki, həqiqətən, mənə Allaha pərəstiş etmək və şərik qoşmamaq əmr olunub. Yalnız Ona doğru dəvət edirəm və qayıdışımız Ona doğrudur.”NöqtələrBu ayə də digər ayələr kimi sağlam, açıq qəlbli fərdləri, haqqı qəbul edən kitab əhlini mədh edir və buyurur: "Həqiqi kitab əhli haqqa meyillidir, yersiz ayrıseçkiliklərdən çəkinir, İslam və Quran ayələri ilə ünsiyyətdə old...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.