Ər-Rəd surəsi - Ayə: 37

Məkkəvi Quran-ı Kərim
Ər-Rəd surəsi - Ayə: 37
(Peyğəmbərlərə kitab nazil etdiyimiz kimi) beləcə başdan-başa haqqa hökm edən, uca hikmətli və ərəbcə olan bu kitabı sənə nazil etdik (ki, onlar onu daha yaxşı anlasınlar). Əgər sənə gəlmiş elmdən sonra onların nəfsi istəklərinə tabe olsan (məsələn onların qibləsini, yaxud üçlük əqidəsini qəbul etsən), Allah tərəfindən sənin üçün heç bir başçı və qoruyucu olmayacaqdır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ər-Rəd surəsi 37. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 37 MÖHSÜN QƏRAƏTİ.

"Bu sayaq Biz onu aydın hökm surətində ərəbcə nazil etdik. Şübhəsiz, sənə çatan bilikdən sonra onların həvəslərinə tabe olsan, Allah qarşısında heç bir yardımçın və hifz edənin yoxdur.”
Nöqtələr
"Hukm” sözü ayədə üç mənada işlədilə bilər: haqla batil arasında hakim, fasilə qoyan, ilahi hökmlər və hikmət.
Bildirişlər
1. Peyğəmbərlərin besəti və səmavi kitabların nazil olması Allahın hikmət dolu sünnəsidir.
2. Vəhy bildirişi xalq dilində olmalıdır.
3. İlahi göstərişlər aydın və anlaşıqlıdır.
4. Başqalarının nəfs istəklərinin təmini həvəspərəstlikdən daha pisdir.
5. Elm təklikdə insanı xoşbəxt etmir. Bəziləri elmə yiyələnsələr də, xurafata və xalqın həvəslərinə meyl göstərir.
6. Agah insanların məsuliyyəti daha çoxdur.
7. Həqiqi elm Qurandır.
8. Allahın kimsə ilə qohumluq əlaqəsi yoxdur. Hətta peyğəmbərlər yoldan çıxsa, Allah tərəfindən tənbeh olunarlar.
9. İnsan azğınların razılığını əldə edən kimi ilahi yardımları əldən verir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.