Ər-Rəd surəsi · 30-cu ayə

(Öz cari qanunlarımıza əsasən keçmişdəkilərə peyğəmbərlər göndərdiyimiz kimi,) səni (də) özlərindən qabaq ümmətlər gəlib-keçmiş bir ümmətin içərisinə göndərdik ki, sənə vəhy etdiyimizi onlara oxuyasan, halbuki onlar Rəhman olan Allaha küfr edirlər (Onun vəhdətini və rəhmətinin şamilliyini qəbul etmirlər). De: «O mənim Rəbbimdir, Ondan başqa heç bir məbud yoxdur, yalnız Ona təvəkkül etdim və dönüşüm yalnız Ona tərəfdir.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 30
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Bu sayaq Biz səni özündən əvvəl ümmətlər ötüb getmiş bir ümmət arasında peyğəmbərliyə göndərdik. Sənə vəhy etdiyimizi onlara tilavət etməlisən. Onlar Rəhman Allaha küfr edərlərsə, de ki, O mənim Rəbbimdir, Ondan başqa məbud yoxdur, yalnız Ona təvəkkül etmişəm, qayıdışım da yalnız Ona doğrudur.”
Nöqtələr
İslam Peyğəmbəri (s) ərəb ümmətinə məbus olmuşsa da, Quran ayələri aşkar bəyan edir ki, o bütün ümmətlərin peyğəmbəridir.
Bildirişlər
1. Peyğəmbərlərin besəti ilahi sünnə, Allahın lütf və rəhməti əsasındadır.
2. Hər bir qövmə təbliğ və həmin qövmün tərbiyəsi üçün onların tarixinə nəzər salmaq lazımdır.
3. Peyğəmbərlərin vəzifəsi ilahi vəhyi xalqa bəyan etməkdir.
4. Təsirlərə müqavimət göstərin və öz əqidənizi müdafiə edin.
5. Allaha təvəkkül kafirlər qarşısında müqavimət amilidir.
6. Allahın rübubiyyəti, yeganəliyi, sığınacaq olması və Ona doğru qayıdışımız imanımızın dəlillərindəndir.

Tez-tez Verilən Suallar

Ər-Rəd surəsi 30-cu ayə haqqında suallar və cavablar

Ər-Rəd surəsinin 30-cu ayəsi nə haqqındadır?
(Öz cari qanunlarımıza əsasən keçmişdəkilərə peyğəmbərlər göndərdiyimiz kimi,) səni (də) özlərindən qabaq ümmətlər gəlib-keçmiş bir ümmətin içərisinə göndərdik ki, sənə vəhy etdiyimizi onlara oxuyasan, halbuki onlar Rəhman olan Allaha küfr edirlər (Onun vəhdətini və rəhmətinin şamilliyini qəbul etmirlər). De: «O mənim ...
Ər-Rəd surəsi 30-cu ayə hansı surədə yerləşir?
Ər-Rəd surəsi Quran-ı Kərimin 13-ci surəsidir. Bu surə Məkkəvi surədir və 30-cu ayə Ər-Rəd surəsinin tərkib hissəsidir.
Ər-Rəd surəsi 30-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ər-Rəd surəsinin 30-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ər-Rəd surəsi 30-cu ayənin təfsiri nədir?
"Bu sayaq Biz səni özündən əvvəl ümmətlər ötüb getmiş bir ümmət arasında peyğəmbərliyə göndərdik. Sənə vəhy etdiyimizi onlara tilavət etməlisən. Onlar Rəhman Allaha küfr edərlərsə, de ki, O mənim Rəbbimdir, Ondan başqa məbud yoxdur, yalnız Ona təvəkkül etmişəm, qayıdışım da yalnız Ona doğrudur.”Nöqtələrİslam Peyğəmbəri (s) ərəb ümmətinə məbus olmuşsa da, Quran ayələri aşkar bəyan edir ki, o bütün ümmətlərin peyğəmbəridir.Bildirişlər1. Peyğəmbərlərin besəti ilahi sünnə, Allahın lütf və rəhməti əs...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.