"İman gətirib saleh işlər görənlərin xoş halına! Onların gözəl aqibəti var.”
Nöqtələr
İnsanlar dörd qisimdir:
a) Həm imanı, həm də saleh əməli olan möminlər;
b) Nə imanı, nə də saleh əməli olan kafirlər;
v) İmanı olduğu halda saleh əməldən uzaq olan fasiqlər (günahkarlar);
q) İman gətirmədiyi halda zahirən yaxşı iş görən münafiqlər.
Ayədəki "tuba” sözü ya "buşra” kimi məsdərdir, ya da "ətyəb” sözünün qadın cinsi forması olub "ən üstün” mənasını bildirir. Ayədə "ən üstün” sözü üçün xüsusi bir nümunə göstərilməmişdir. Ona görə də bu söz ən üstünlərin hamsına şamil olunur. Rəvayətlərdə bildirilir ki, Tuba kökü Peyğəmbər (s) və Əlinin (ə) evində olan, budaqları möminlərə kölgə salan bir ağacdır. Belə bir izahatda bütün paklıq və xeyirlərin səmavi rəhbərlərə itaət kölgəsində olması nəzərdə tutula bilər.
Dar düşüncəli insanlar Peyğəmbəri (s) Fatiməyə (s) daha çox nəvaziş göstərdiyi üçün qınayanda həzrət buyurdu: "Merac gecəsi behiştə aparıldığım vaxt mən Tuba ağacının meyvəsindən yedim və Fatimənin vücudu o meyvədən yoğrulmuşdur. Mən behişt qoxusunu duymaq istədiyim vaxt qızım Fatiməni iyləyirəm.”
İmansız və saleh əməldən uzaq insanların kam alması dərin və davamlı deyil. Həzrət Əli (ə) buyurur: "Bir ləzzətdən sonra ki od gələcək, bu ləzzətdə xeyir yoxdur.”
Bildirişlər
1. Şirin dünya həyatı və xoş axirət aqibəti iman və saleh əməldən asılıdır.
2. Yalnız axirət xoşbəxtliyi ilə sonuclanan və əbədi səadətə mane olmayan dünya ləzzətləri dəyərlidir.