Ər-Rəd surəsi · 25-ci ayə

Allahın (tovhid və dinin qəbul edilməsi barəsindəki) əhd-peymanını (möcüzələr və dəlillərlə) möhkəmləndirdikdən sonra pozan, Allahın birləşilməsinə əmr etdiyi şeyi qıran və yer üzündə fəsad törədən kəslər üçün lənət və bu dünyanın pis sonu vardır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 25
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Birinci dəstə ilə yanaşı) Allahla möhkəm əhddən sonra onu pozanlar, Allah tərəfindən birləşdirilməsi əmr olunanı qıranlar, yer üzündə fəsad törədənlər var. Onlar üçün lənət və pis mənzil var.”
Nöqtələr
Quranda düşüncə sahiblərinin əhdə vəfa, Allah tərəfindən birləşdirilməsi əmr olunan vəfa ilə bağlı yaxşı və bariz sifətlərin ziddinə malik bir dəstədən danışılır. Yəni onlar əhd-peymanı pozur, birləşdirilməsi əmr olunanı qırırlar. Ona görə də belələri üçün "Suud-dar”, yəni pis mənzil nəzərdə tutulmuşdur.
Quranda dəfələrlə fərdlərin yer üzündə fəsadından danışılır. Fəsadçı kimi tanınanlardan biri də Firondur. Əkin və nəslin məhvi , təfriqə və qətl yer üzündə fəsad nümunələrindəndir. Quranda yer üzündə fəsad törədənlər üçün ölüm, dar, bədən üzvünün kəsilməsi, sürgün kimi cəzalar nəzərdə tutulur. Quran bildirir ki, qəlbində göylə getmək və fəsad törətmək olan insanlar Allahın lütfündən məhrumdurlar.
İmam Səccad (ə) öz övladına belə vəsiyyət edir: "Sileyi-rəhmdən üz çevirənlərlə dostluq və yoldaşlıqdan çəkin. Çünki Quranda onların lənətləndiyini görmüşəm.”
Bildirişlər
1. Tərbiyə və təbliğ üsullarından biri müqayisədir.
2. Bütün azğınlıqların başlanğıc nöqtəsi insanın öz Rəbbindən ayrılmasıdır.
3. Sileyi-rəhmin tərk olunması kəbirə (böyük) günahlardandır. Çünki bu günaha görə əzab vəd olunmuşdur.
4. İnsanın fəsadı hər yerə sirayət edir.

Tez-tez Verilən Suallar

Ər-Rəd surəsi 25-ci ayə haqqında suallar və cavablar

Ər-Rəd surəsinin 25-ci ayəsi nə haqqındadır?
Allahın (tovhid və dinin qəbul edilməsi barəsindəki) əhd-peymanını (möcüzələr və dəlillərlə) möhkəmləndirdikdən sonra pozan, Allahın birləşilməsinə əmr etdiyi şeyi qıran və yer üzündə fəsad törədən kəslər üçün lənət və bu dünyanın pis sonu vardır.
Ər-Rəd surəsi 25-ci ayə hansı surədə yerləşir?
Ər-Rəd surəsi Quran-ı Kərimin 13-ci surəsidir. Bu surə Məkkəvi surədir və 25-ci ayə Ər-Rəd surəsinin tərkib hissəsidir.
Ər-Rəd surəsi 25-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ər-Rəd surəsinin 25-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ər-Rəd surəsi 25-ci ayənin təfsiri nədir?
"(Birinci dəstə ilə yanaşı) Allahla möhkəm əhddən sonra onu pozanlar, Allah tərəfindən birləşdirilməsi əmr olunanı qıranlar, yer üzündə fəsad törədənlər var. Onlar üçün lənət və pis mənzil var.”NöqtələrQuranda düşüncə sahiblərinin əhdə vəfa, Allah tərəfindən birləşdirilməsi əmr olunan vəfa ilə bağlı yaxşı və bariz sifətlərin ziddinə malik bir dəstədən danışılır. Yəni onlar əhd-peymanı pozur, birləşdirilməsi əmr olunanı qırırlar. Ona görə də belələri üçün "Suud-dar”, yəni pis mənzil nəzərdə tutul...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.