Ər-Rəd surəsi - Ayə: 26

Məkkəvi Quran-ı Kərim
Ər-Rəd surəsi - Ayə: 26
İstədiyi kəs üçün (maddi və mənəvi) ruzini çoxaldan və ya azaldan Allahdır! Onlar (kafirlər) dünya həyatına sevinirlər, halbuki, dünya həyatı axirət müqabilində (cüzi) bir paydan başqa bir şey deyildir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ər-Rəd surəsi 26. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 26 MÖHSÜN QƏRAƏTİ.

"Allah istədiyi kəsin ruzisini artırar və ya əskildər. (İnsanlar) dünya həyatına heyrandırlar. Halbuki dünya həyatı axirətlə müqayisədə bir dəfə kam almaqdan başqa bir şey deyil.”
Nöqtələr
Bu ayədə ruzinin artırılıb-əskildilməsi Allaha aid edilsə də, aydın məsələdir ki, Allah hikmət əsasında iş görür. Bəzi ayə və rəvayətlərdə uyğun rəftarın bəzi səbəbləri açıqlanmışdır. Məsələn, günah insana ayrılmış ruzinin dəyişməsinə səbəb ola bilər. Kumeyl duasında oxuyuruq: "Pərvərdigara, nemətləri dəyişən günahlarımı bağışla.”
Bəzən imtahan məqsədi ilə insanın ruzi payı dəyişdirilir. Allah-təala buyurur ki, Biz sizi hər vaxt malınızı almaqla imtahana çəkirik. Bəzən insan başqalarının haqqını kəsdiyi üçün məhrum edilir. "Qələm” surəsindəki əhvalatı xatırlayaq. Məhz həmin səbəbdən ayədə işarə olunan bağ yanıb külə dönür. Bəzən yetimlərə diqqətsizlik insanın ruzisini azaldır.
Mühüm odur ki, ruzi artdıqda biz həddimizi aşıb hər şeyi unutmamalıyıq, ruzi azaldıqda hər şeydən ümidimizi üzməməliyik. İlahi nizam şans və bəxt yox, hikmət və sınaq əsasında müəyyənləşdirilmiş nizamdır.
Bildirişlər
1. Ruzi Allahın əlindədir. İnsanın ruzisi onun zirəkliyindən, ikiüzlülüyündən, vəfasızlığından, rabitələri kəsməsindən yox, infaq və bəxşişindən asılıdır.
2. Az ruzi də hikmət əsasında müəyyənləşdirilir.
3. Dünya kiçik olsa da, öz tərəfdarlarını aldadır.
4. Dünya kiçik, cüzi, ötəridir. Ona könül verməyək.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.