Ər-Rəd surəsi - Ayə: 24

Məkkəvi Quran-ı Kərim
Ər-Rəd surəsi - Ayə: 24
(Və deyərlər:) «Səbr və dözümlülüyünüzün müqabilində salam olsun sizə! O dünyanın sonu (olaraq bura) nə gözəldir!»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ər-Rəd surəsi 24. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 24 MÖHSÜN QƏRAƏTİ.

"(Mələklər behişt əhli ilə görüşən zaman onlara deyərlər:) səbir etdiyinizə görə sizə salam olsun. Axirət evi necə də gözəldir!”
Nöqtələr
Quranın misilsiz imtiyazlarından biri ən dərin mənaya malik məsələlərin ən sadə və müxtəsər şəkildə bəyan olunmasıdır. Qısa və mənalı ifadələrdən biri də "səlamun ələykum” ifadəsidir. Bu mənalı və səlis ifadənin tarixi həzrət İbrahim, Nuh və Adəmə yetişir.
Salam Allahın adlarından biridir. Salam Allahın Peyğəmbərə "mübarək olsun” müraciəti, Behişt əhlinə təbriki, mələklərin zümzüməsi, bütün müsəlmanlar arasında beynəlmiləl söz, behişt əhlinin dünya və axirətdə şüarı, xaliq və məxluq zikri, giriş və çıxış nidası, bütün məktubların başlanğıcı, ölüyə və diriyə, böyüyə və kiçiyə ünvanlanan sözdür. Salamın cavabını almaq vacibdir.
Salamın mahiyyəti ehtiram, təbrik, dua, Allah tərəfindən mübarəklikdir. Biz namazın sonunda salam verməklə tarix boyu irq, yaş, cins, sərvət, məqam, dil, zaman imtiyazlarını aradan götürür, Allahın bütün saleh bəndələri ilə rabitə qurur və onlara salam göndəririk.
Rəvayətdə deyilir: "Xalqın bir dəstəsi behiştə sorğu-sualsız gedər. Mələklər bunun səbəbini soruşduqda onlara bildirilər ki, biz dünyada Allaha itaətə, çətinliklərə səbir edirdik. Mələklər bu cavabı eşidib onları salamla qarşılayarlar.”
İmam Sadiq (ə) buyurmuşdur: "Biz səbir əhliyik. Amma şiələrimiz bizdən də səbirlidir. Çünki biz nəyə səbir etdiyimizi bildiyimiz halda onlar nəyə səbir etdiklərini bilmirlər.”
SƏBİRLƏ BAĞLI BƏZI NÖQTƏLƏR
1. Səbirin mənşə və qaynağının Allah tərəfindən olduğuna inanın.
2. Səbirlilikdə məqsədimiz yaxşı tanınmaq və ya başqa bir şey yox, Allahın razılığı olsun.
3. Səbir peyğəmbər xüsusiyyətlərindəndir.
4. Səbir behiştin açarıdır.
5. Bəlalar və ilahi sınaqlar zamanı səbir insan şəxsiyyətinin məhəyi, haqq və səbir əhlinin çöhrəsinin işıqlanmasıdır.
6. Səbir Allahın salavatını əldə etmək səbəbidir.
(Peyğəmbər və onun Əhli-beytinə (ə) salavat göndərilməsinin səbəblərindən biri onların səbirdə öncüllüyü ola bilər.)
7. Baş bədən üçün necədirsə, səbir də iman üçün o cürdür. Bu oxşatma Peyğəmbər (s) buyruğuna əsaslanır.
8. Səbir Behişt əhlinin dərəcə mizanıdır.
9. Səbirin dərəcələri var. Hədisdə deyilir ki, müsibətə səbirin 300, itaətə səbirin 600, günah qarşısında səbirin 900 dərəcəsi var.
10. Bütün Quran boyu yalnız səbir əhli üçün hesabsız mükafatdan danışılır.
11. Qurani-məcid səbrlə yanaşı şükrü də qeyd edir. İşarə olunur ki, çətinliklər də bir nemətdir.
12. Səbir imam Hüseynin (ə) öz (övladı imam Səccada (ə)) vəsiyyətidir.
13. Bəzi məqamlarda bir neçə növ səbir nəzərə çarpır. Məsələn, həzrət İbrahim İsmaili qurban edərkən həm itaət və təslimçilik, həm də müsibətlərə müqavimət üçün səbrə ehtiyac olur.
Bildirişlər
1. Bütün kamilliklərin qaynağı səbirdir. (Səbir düşüncə sahibləri üçün 8 nişanə və kamilliyin sonunda bəyan olunur. Mələklər də öz gəlişi üçün möminlərin səbrini əsas sayırlar.)
2. Daxil olarkən salam vermək mələklərin qaydasıdır.
3. Behişt "darus-səlam”, yəni salam evidir. Çünki behiştdə mələklər behişt əhlinə hər tərəfdən salam verər.
4. Dözümlü və çalışqan insanlara ehtiram göstərək.
5. İlahi nizamda hətta danışıq, salam və təbrik hikmət əsasındadır, boşboğazlıq deyil.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.