Ər-Rəd surəsi · 12-cü ayə

(Dolu və seldən) qorxmaq və (rəhmət və xeyirə) ümid üçün (çaxan) şimşəyi sizə göstərən və (axar sudan ibarət bir dərya olan) ağır buludları vücuda gətirən (və yuxarı qaldıran) Odur!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 12
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Qorxu və ümid üçün sizə şimşəyi göstərən və ağır buludlar yaradan Odur.”
Nöqtələr
Şimşək və göy gurultusu bir tərəfdən qəfil yağıntı, sel, xarabalıq, yanğın törətməklə insanları qorxuya salır, digər bir tərəfdən yağış vasitəsi ilə bitki aləmini suvarır, havanı təravətləndirmək və paklıq yaratmaqla onları sevindirir.
Bildirişlər
1. Zahirdə şimşək, göy gurultusu və yağışın təbii amilləri olsa da, bütün amillərin qaynağı Allah-təaladır.
2. Fizika və kimya qanunlarının kəşfi bizim Allaha imanımızı zəiflətməməlidir. Çünki təbiət və onun qanunları Allahın məxluqudur.

Tez-tez Verilən Suallar

Ər-Rəd surəsi 12-cü ayə haqqında suallar və cavablar

Ər-Rəd surəsinin 12-cü ayəsi nə haqqındadır?
(Dolu və seldən) qorxmaq və (rəhmət və xeyirə) ümid üçün (çaxan) şimşəyi sizə göstərən və (axar sudan ibarət bir dərya olan) ağır buludları vücuda gətirən (və yuxarı qaldıran) Odur!
Ər-Rəd surəsi 12-cü ayə hansı surədə yerləşir?
Ər-Rəd surəsi Quran-ı Kərimin 13-ci surəsidir. Bu surə Məkkəvi surədir və 12-cü ayə Ər-Rəd surəsinin tərkib hissəsidir.
Ər-Rəd surəsi 12-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ər-Rəd surəsinin 12-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ər-Rəd surəsi 12-cü ayənin təfsiri nədir?
"Qorxu və ümid üçün sizə şimşəyi göstərən və ağır buludlar yaradan Odur.”NöqtələrŞimşək və göy gurultusu bir tərəfdən qəfil yağıntı, sel, xarabalıq, yanğın törətməklə insanları qorxuya salır, digər bir tərəfdən yağış vasitəsi ilə bitki aləmini suvarır, havanı təravətləndirmək və paklıq yaratmaqla onları sevindirir.Bildirişlər1. Zahirdə şimşək, göy gurultusu və yağışın təbii amilləri olsa da, bütün amillərin qaynağı Allah-təaladır.2. Fizika və kimya qanunlarının kəşfi bizim Allaha imanımızı zəifl...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.