Ən-Nisa surəsi · 8-ci ayə

Miras bölgüsü zamanı orada (vərəsələrdən olmayan) qohumlar, yetimlər və yoxsullar olsalar, onlara o maldan ruzi olaraq bir şey verin və gözəl, bəyənilən söz deyin.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 8
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"Əgər bölgü zamanı (irsdən pay düşməyən) qohumlar, yetimlər və ehtiyaclılar orada olsalar, həmin maldan onlara bir şey ruzi verin və onlarla xoş danışın.”

 

Nöqtələr
Ayədə qohumların yetimlərlə və miskinlərlə yanaşı yad edilməsindən aydın olur ki, burada fəqir və irsdə payı olmayan qohumlar nəzərdə tutulur. Ayənin sonundakı mehribanlıq tapşırığı da həmin bu mənanı təsdiqləyir.
Bildirişlər
1. Məhrumların baxışlarına, iştirakına və təbii istəklərinə diqqət yetirin.
2. İrs qalmış malı məxfi şəkildə bölməyin. Qoy bu bölgünü başqaları da görə bilsin.
3. İrs bölgüsündə bu irsdə qanuni payı olanlardan əlavə, məhrumlar və yetimlər haqqında da düşünün.
4. Hədiyyələr və şirin dillə kin və həsədi aradan qaldırın və ailə bağlılıqlarını möhkəmləndirin.
5. Maddi hədiyyələri məhəbbət və mehribanlıqla çatdırın.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 8-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 8-ci ayəsi nə haqqındadır?
Miras bölgüsü zamanı orada (vərəsələrdən olmayan) qohumlar, yetimlər və yoxsullar olsalar, onlara o maldan ruzi olaraq bir şey verin və gözəl, bəyənilən söz deyin.
Ən-Nisa surəsi 8-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 8-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 8-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 8-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 8-ci ayənin təfsiri nədir?
"Əgər bölgü zamanı (irsdən pay düşməyən) qohumlar, yetimlər və ehtiyaclılar orada olsalar, həmin maldan onlara bir şey ruzi verin və onlarla xoş danışın.”   Nöqtələr Ayədə qohumların yetimlərlə və miskinlərlə yanaşı yad edilməsindən aydın olur ki, burada fəqir və irsdə payı olmayan qohumlar nəzərdə tutulur. Ayənin sonundakı mehribanlıq tapşırığı da həmin bu mənanı təsdiqləyir. Bildirişlər 1. Məhrumların baxışlarına, iştirakına və təbii istəklərinə diqqət yetirin. 2. İrs qalmış malı məxfi şəkildə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.