Ən-Nisa surəsi - Ayə: 7

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 7
Kişilərin ata, ana və yaxın qohumlarının qoyub getdiklərində payları vardır. Qadınların da ata, ana və yaxın qohumlarının qoyub getdiklərində payları vardır. (Mal istər) az olsun, ya çox, müəyyən və vacib bir pay(dır). (Belə bir hökmün olması ağıl baxımından lazım və gərəklidir, onun miqdarı və necəliyi isə hər bir şəriətə uyğun surətdə vacibdir)
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 7. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 7 MÖHSÜN QƏRAƏTİ.

"Kişilər üçün ata-ana və qohumlardan qalandan pay var. Qadınlar üçün (də) ata-ana və qohumlardan qalandan pay var. İstər az olsun, istər çox, bir pay müəyyəndir.”
Bildirişlər
1. Qadınların da kişilər kimi irs hüququ var. Din onların hüquqlarını qoruyur.
2. İrs mülkiyyət səbəblərindəndir.
3. Daha yaxın qohum irs payında da daha öndədir.
4. Mirasın qədəri yox, ədalətli bölgüsü mühümdür.
5. İrs payı dəyişməzdir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.