Ən-Nisa surəsi · 27-ci ayə

Həmçinin Allah sizə nəzər salmaq istəyir. Nəfsi istəklərə tabe olanlar isə sizin böyük bir əyriliklə (haqq yoldan) sapmağınızı istəyirlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 27
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Allah sizi bağışlamaq (çirkinliyinizi təmizləmək) istəyir. Amma nəfsinə itaət edənlər sizi böyük azğınlığa sövq etdirmək istəyirlər.”
Nöqtələr
İlkin baxışda cinsi azadlıqlar bir növ ləzzət və kam almaqdır. Amma bu işin fərdi və ictimai təsirlərinə nəzər saldıqda, onun böyük bir süqut olduğu aydınlaşır. Açıq-saçıqlıq cismi korlayır, düşüncəni azdırır, mal-mülkü puça çıxarır, arxayınlığı aradan qaldırır. Cinsi azadlıq ailə əsaslarını sarsıdır, cəmiyyətə qeyri-qanuni doğulmuş uşaqlar verilir, cinsi xəstəliklər, psixoloji sarsıntılar tüğyan edir. Bir sözlə, cinsi azadlığın bəhrəsi ən böyük əsarətlərdir.
Bildirişlər
1. İzdivacla bağlı müəyyənləşdirilmiş məhdudiyyətlər Allahın insan və bəşər cəmiyyətinə lütfünün rəmzidir.
2. Şəhvətpərəstlərin yolunu getməyin, onlara təqlid etməyin. Onlar sizin düşmənlərinizdir.
3. Açıq-saçıq, pozğun həvəsbazlar yalnız sizi şəhvət dəryasında qərq edəndən sonra rahat olasıdırlar. Onlar sizi özlərinə yoldaş etmək istəyirlər.
4. İslamda cinsi əxlaq orta həddə əsaslanır, nə ifrata varır, nə də təfritə yol verir. Həvəspərəstlər isə sizi ifrat yola çağırırlar.
5. Yol seçimində diqqətli olaq. Ayədə "yurid” sözü iki dəfə işlədilmişdir. Bunların biri Allahın, digəri isə həvəsbazların iradəsinə işarədir. Kimin iradəsinə tabe olmalıyıq?!

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 27-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 27-ci ayəsi nə haqqındadır?
Həmçinin Allah sizə nəzər salmaq istəyir. Nəfsi istəklərə tabe olanlar isə sizin böyük bir əyriliklə (haqq yoldan) sapmağınızı istəyirlər.
Ən-Nisa surəsi 27-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 27-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 27-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 27-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 27-ci ayənin təfsiri nədir?
"Allah sizi bağışlamaq (çirkinliyinizi təmizləmək) istəyir. Amma nəfsinə itaət edənlər sizi böyük azğınlığa sövq etdirmək istəyirlər.” Nöqtələr İlkin baxışda cinsi azadlıqlar bir növ ləzzət və kam almaqdır. Amma bu işin fərdi və ictimai təsirlərinə nəzər saldıqda, onun böyük bir süqut olduğu aydınlaşır. Açıq-saçıqlıq cismi korlayır, düşüncəni azdırır, mal-mülkü puça çıxarır, arxayınlığı aradan qaldırır. Cinsi azadlıq ailə əsaslarını sarsıdır, cəmiyyətə qeyri-qanuni doğulmuş uşaqlar verilir, cins...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.