Ən-Nisa surəsi - Ayə: 26

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 26
Allah (dinin hökm və maarifini) sizə aydınlaşdırmaq, sizi sizdən əvvəlkilərin (dini) adətlərinə hidayət etmək və nəzərini sizə yönəltməklə tövbənizi qəbul etmək istəyir. Allah bilən və hikmət sahibidir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 26. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 26 MÖHSÜN QƏRAƏTİ.

"Allah sizin üçün (bu qanunlarla səadət yolunu) aşkarlamaq və əvvəlkilərinizin (yaxşı) sünnələrinə hidayət etmək istəyir. Allah istəyir ki, sizi günahdan pak etsin. Allah biləndir və hikmət sahibidir.”
Bildirişlər
1. Allahın sünnəsi hidayət, bəyan və bildirişdir.
2. Keçmişdəkilərin yaxşı ənənələrinə itaət və təqlid edilməlidir.
3. İslamın izdivac haqqındakı hökm və göstərişləri sair səmavi dinlərdəki hökm və göstərişlərdən fərqlənmir.
4. Allah insana Öz lütfünü əta edir.
5. İzdivacdakı icazələr və qadağalar elm, hikmət və məsləhətə əsaslanır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.