Əsas məzmuna keç

Ən-Nisa surəsi - 28-ci Ayə

Surə 4
Ayə 28

Azərbaycan dilində tərcümə

Allah (müvəqqəti evlənmək, kənizi almaq və digər qanunlarla) sizə yüngüllük gətirmək istəyir. İnsan (nəfsinin istəkləri müqabilində) zəif və aciz yaradılmışdır.
Tam Surə

Ən-Nisa surəsi 28-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 28

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Allah sizi (izdivac qanunlarını asanlaşdırmaqla) yüngülləşdirmək istəyir. İnsan zəif yaradılmışdır.”
Nöqtələr
Bu son üç ayədə izdivac məsələsində Allahın lütflərindən bir hissəsi nəql olunmuşdur. Allah sizin üçün hökmlər bəyan edir, yol göstərir, sizə lütfünü nazil edir, işlərinizi yüngülləşdirir. Bütün bunların səbəbi insanın nəfs istəkləri qarşısında zəifliyi, səbir və müqavimət gücünün az olmasıdır.
Bildirişlər
1. İslam asan dindir və İslam yolunda çıxılmaz vəziyyət yoxdur.
2. Dini vəzifələr insanın gücünə uyğundur.
3. Evlənmədə çətinliklər yaratmaq Allahın istəklərinə ziddir.
4. İzdivac məsələlərində ilahi hökmlərlə tabeçiliyiniz yüngüllük və cəmiyyətin fitnə-fəsaddan uzaqlıq zəminəsidir.
5. İnsan cinsi istəklər qarşısında zəifdir.
6. Təbiət və insanın yaranışı ilə şəriət və ilahi hökmlər arasında uyğunluq vardır.