Ən-Nisa surəsi · 172-ci ayə

Məsih Allahın qulu olmaqdan əsla imtina etmir və (bundan Allahın dərgahına) yaxın olan bütün mələklər də imtina etmirlər. Kim Ona ibadət etməkdən imtina etsə və təkəbbürlük göstərsə, (Allah Qiyamət günü) onların hamısını (layiq olduqları kimi cəzalandırmaq üçün) Öz hüzuruna toplayacaqdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 172
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Həzrət İsa heç vaxt Allahın bəndəliyini təkəbbürlə qarşılamamışdı. Yaxın mələklər də belədir. 
Nöqtələr
İmam Riza (ə) həmin dövrün məsihi rəhbəri Casliqə buyurdu: "İsanın hər işi yaxşı idi, amma ibadət əhli deyildi.” Müsahibi imamın bu sözündən narahat oldu və dedi: "O çox ibadət edirdi.” Həzrət soruşdu: "Kimə pərəstiş edirdi?” Müsahibi susdu. Anladı ki, imamın məqsədi abidin məbud ola bilməməsini anlatmaqdır.
Allaha ibadətə münasibətdə xalq üç halda olur: Bir dəstə təkəbbürlü, bir dəstə təslim, digər bir dəstə isə tələb edən. Həzrət Əli (ə) buyurmuşdur: "(Pərvərdigara,) mənim üçün Sənin bəndən olmaq iftixarı bəsdir.”("Bihar”, c. 94, s. 92. )
Bildirişlər
1. Dini işlərdə "aşdan isti kasa” olmayın. İsa özünü Allahın bəndəsi bilir. Siz nə üçün onu Allahın oğlu sayırsınız?!
2. Məsih nəinki ibadət edirdi, o bütün varlığı ilə Allahın bəndəsi idi.
3. Yaxın mələklər Allaha bəndəlik edir. Nə üçün bu mələklərdən olan Ruhul-Qüdsü üç Allahdan biri sayırsınız?
4. İbadəti tərk etmənin qaynağı təkəbbürdür. Əgər ruhda təkəbbür halı olsa, bütün təhlükələr gözlənilir.
5. Hamı Allaha doğru qayıdasıdır. Qiyamətdən qorxaq və təkəbbür göstərməyək.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 172-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 172-ci ayəsi nə haqqındadır?
Məsih Allahın qulu olmaqdan əsla imtina etmir və (bundan Allahın dərgahına) yaxın olan bütün mələklər də imtina etmirlər. Kim Ona ibadət etməkdən imtina etsə və təkəbbürlük göstərsə, (Allah Qiyamət günü) onların hamısını (layiq olduqları kimi cəzalandırmaq üçün) Öz hüzuruna toplayacaqdır.
Ən-Nisa surəsi 172-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 172-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 172-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 172-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 172-ci ayənin təfsiri nədir?
"Həzrət İsa heç vaxt Allahın bəndəliyini təkəbbürlə qarşılamamışdı. Yaxın mələklər də belədir.  Nöqtələr İmam Riza (ə) həmin dövrün məsihi rəhbəri Casliqə buyurdu: "İsanın hər işi yaxşı idi, amma ibadət əhli deyildi.” Müsahibi imamın bu sözündən narahat oldu və dedi: "O çox ibadət edirdi.” Həzrət soruşdu: "Kimə pərəstiş edirdi?” Müsahibi susdu. Anladı ki, imamın məqsədi abidin məbud ola bilməməsini anlatmaqdır. Allaha ibadətə münasibətdə xalq üç halda olur: Bir dəstə təkəbbürlü, bir dəstə təslim...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.