Ən-Nisa surəsi - Ayə: 173

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 173
Lakin iman gətirib yaxşı işlər görmüş kəslərin mükafatlarını kamil şəkildə verəcək və onlara Öz lütf və rəhmətindən artıracaqdır. (İbadət etməkdən) imtina edən və təkəbbür göstərən kəsləri isə ağrılı bir əzabla cəzalandıracaqdır və onlar (orada) özlərinə Allahdan başqa bir başçı və yardımçı tapmayacaqlar.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 173. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 173 MÖHSÜN QƏRAƏTİ.

"İman gətirib saleh işlər görənlərin mükafatını Allah kamil şəkildə verər. Allah Öz fəzlindən onlara daha artıq əta edər. Amma boyun qaçırıb təkəbbürə uğrayanları Allah dərdli əzabla cəzalandırar. Onlar Allahın (qəzəbi) qarşısında özləri üçün dost və yardımçı tapmayacaqlar.”

 

Nöqtələr
Kitab əhli ya peyğəmbəri üstün bilib ifrata varır, ya da özlərini üstün sayırdılar.(Bax: "Maidə”, 18. ) Onların digər bir məqsədi başqalarının təhqiri ola bilərdi.(Bax: "Bəqərə”, 11. ) Qiyamətdə bu işlərin heç biri fayda vermədiyindən iman və əməl lazımdır.
Bildirişlər
1. Qurtuluş yolu iman və saleh əməldir.
2. İman əməldən öndə gəlir. İmansız əməl birüzlü əskinas (kağız pul) kimidir.
3. Əgər ilahi əxlaq sahibi olmaq istəyirsinizsə, fəhlənin haqqını tam ödəyin, bir az da artıq verin.
4. İman və saleh əməlsiz həzrət İsa və başqalarından heç bir şəfaət gözləməyin.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.