Ən-Nisa surəsi · 142-ci ayə

Həqiqətən münafiqlər Allaha qarşı hiyləgərlik edirlər, halbuki, Allah onları aldadır (onların hiylələrinin cəzasını özlərinə qaytarır). Onlar namaza durarkən (yerlərindən) süst qalxır, camaatla (ünsiyyətdə olarkən) riyakarlıq edir və Allahı çox az yada salırlar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 142
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Həqiqətən, münafiqlər Allaha qarşı məkr və hiylə edirlər. Halbuki Allah (əməllərinin cəzası olaraq) onlara qarşı məkr işlədir. Onlar namaza durduqda süstlüklə dururlar. Bu da özlərini xalqa göstərmək üçündür və Allahı çox az yad etdirlər.”
Nöqtələr
Münafiq dini hökmləri zahirdə yerinə yetirən kəsdir. Onun heç bir ilahi məqsədi yoxdur. Namaz qılır, amma riyakarlıq, süstlük və qəflətlə. O güman edir ki, bu yolla Allahı aldada bilər. Halbuki özünün aldadıldığını bilmir. Allah onun batinindən xəbərdardır və yalanının cəzasını verir.
İmam Riza (ə) buyurmuşdur: "Allah onların hiyləsinin cəzasını verdiyindən bu ilahi cəza da "hiylə” adlandırılmışdır.”("Təfsire-Nurus-Səqəleyn”. )
Həqiqi namaz aşiqanə, xalisanə və daimi olur. Peyğəmbər buyurmuşdur: "Namazı son vaxtında, süst halda qılanlar münafiq namazı qılırlar.”("Dürrül-Mənsur”, c. 2, s. 237. )
Quran möminlər haqqında danışarkən onların namazı bərpa etdiyini, münafiqlər haqqında danışarkən onların namaza durduğunu qeyd edir. Bərpa etməklə durmaq arasında fərq var.
Bildirişlər
1. Yalan, namazda süstlük, riyakarlıq, Allah zikrindən qəflət nifaq nişanələrindəndir.
2. Münafiqlər bilməlidirlər ki, Allaha qarşı çıxmışlar.
3. Allahın cəzası əməllərimizə mütənasibdir.
4. Münafiqlərin namazının nə ruhiyyəsi, nə niyyəti, nə də miqdarı var.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 142-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 142-ci ayəsi nə haqqındadır?
Həqiqətən münafiqlər Allaha qarşı hiyləgərlik edirlər, halbuki, Allah onları aldadır (onların hiylələrinin cəzasını özlərinə qaytarır). Onlar namaza durarkən (yerlərindən) süst qalxır, camaatla (ünsiyyətdə olarkən) riyakarlıq edir və Allahı çox az yada salırlar.
Ən-Nisa surəsi 142-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 142-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 142-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 142-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 142-ci ayənin təfsiri nədir?
"Həqiqətən, münafiqlər Allaha qarşı məkr və hiylə edirlər. Halbuki Allah (əməllərinin cəzası olaraq) onlara qarşı məkr işlədir. Onlar namaza durduqda süstlüklə dururlar. Bu da özlərini xalqa göstərmək üçündür və Allahı çox az yad etdirlər.” Nöqtələr Münafiq dini hökmləri zahirdə yerinə yetirən kəsdir. Onun heç bir ilahi məqsədi yoxdur. Namaz qılır, amma riyakarlıq, süstlük və qəflətlə. O güman edir ki, bu yolla Allahı aldada bilər. Halbuki özünün aldadıldığını bilmir. Allah onun batinindən xəbər...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.