Ən-Nisa surəsi - Ayə: 143

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 143
Onlar bu arada (möminlərlə kafirlər arasında, qəlb və ya əməldə) tərəddüddədirlər, nə (birdəfəlik) bunların tərəfindədirlər və nə də (birdəfəlik) onların. Allahın azğınlıqda boşladığı kəs üçün əsla bir yol tapa bilməzsən.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 143. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 143 MÖHSÜN QƏRAƏTİ.

"(Münafiqlər) küfrlə iman arasında avaradırlar. Nə bu dəstədəndirlər, nə də o dəstədən. Allahın azdırdığı kəs üçün qurtuluş yolu tapmayacaqsan.”
Nöqtələr
Göydən asılmış vəziyyətdə olan və yerdə heç bir möhkəm dayanacağı olmayan hərəkət "təzəbzub” adlandırılmışdır.
Bildirişlər
1. Münafiqlərin düşüncə və əqidə müstəqillikləri yoxdur. Daim başqalarına bağlı olan, məqsədsiz dolaşan münafiqlər o yan-bu yana vurnuxurlar.
2. Münafiqin rahatlığı yoxdur. Çünki o hər an yeni mövqe tutmalı, tələsik qərara gəlməlidir.
3. Etiqadi mövqe və əqidə məsələlərində qətilik lazımdır.
4. Münafiq Allahın qəhr-qəzəbinə düçardır.
5. Nifaq dərmansız dərddir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.