Ən-Nisa surəsi · 136-cı ayə

Ey Allaha iman gətirənlər, Allaha və Onun peyğəmbərinə, peyğəmbərinə nazil etdiyi kitaba və bundan öncə nazil etdiyi kitaba (bunların hamısına) iman gətirin. Ey dillə iman gətirmiş kəslər, (səmimi qəlbdən) iman gətirin! Ey imanları gerçəkləşmiş kəslər, onun qorunmasında möhkəm olun. Kim Allaha və Onun mələklərinə, (səmavi) kitablarına, göndərdiyi peyğəmbərlər(in)ə və axirət gününə kafir olsa, həqiqətən, uzun-uzadı bir azğınlığa düşmüşdür.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 136
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey iman gətirənlər! Allaha, Onun peyğəmbərinə, peyğəmbərinə nazil etdiyi kitaba və daha əvvəllər nazil olunmuş kitaba (gerçəkdən) iman gətirin. Hər kəs Allaha, mələklərə, səmavi kitablara, peyğəmbərlərə və qiyamət gününə küfr etsə, həqiqətən, azmışdır. Uzun-uzadı bir azğınlıq!”
Nöqtələr
Ayə belə mənalandırıla bilər: Ey möminlər! Böyük addım atın, daha üstün dərəcələr əldə edin. İmanınızda həmişəlik möhkəm dayanın, ondan azca kənarlaşmayın.
İmanın dərəcələri vardır. Necə ki, başqa ayələrdə də bu məsələyə toxunulur: "Allah hidayət olunanların hidayətini artırır.” ("Muhəmməd”, 17) "Öz imanlarına iman artırsınlar.” ("Fəth”, 4)
Bildirişlər
1. Mömin çalışmalı, daha üstün iman mərtəbəsinə çatmalıdır.("Təfsire-Qummi”, c. 1, s. 31. )
2. Səmavi dinlər vahid hədəf və həqiqətə malikdir. Necə ki bir mədrəsənin siniflərinə bir müdir rəhbərlik edir.
3. Bütün peyğəmbər və səmavi kitablara iman zəruridir.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 136-cı ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 136-cı ayəsi nə haqqındadır?
Ey Allaha iman gətirənlər, Allaha və Onun peyğəmbərinə, peyğəmbərinə nazil etdiyi kitaba və bundan öncə nazil etdiyi kitaba (bunların hamısına) iman gətirin. Ey dillə iman gətirmiş kəslər, (səmimi qəlbdən) iman gətirin! Ey imanları gerçəkləşmiş kəslər, onun qorunmasında möhkəm olun. Kim Allaha və Onun mələklərinə, (səm...
Ən-Nisa surəsi 136-cı ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 136-cı ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 136-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 136-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 136-cı ayənin təfsiri nədir?
"Ey iman gətirənlər! Allaha, Onun peyğəmbərinə, peyğəmbərinə nazil etdiyi kitaba və daha əvvəllər nazil olunmuş kitaba (gerçəkdən) iman gətirin. Hər kəs Allaha, mələklərə, səmavi kitablara, peyğəmbərlərə və qiyamət gününə küfr etsə, həqiqətən, azmışdır. Uzun-uzadı bir azğınlıq!” Nöqtələr Ayə belə mənalandırıla bilər: Ey möminlər! Böyük addım atın, daha üstün dərəcələr əldə edin. İmanınızda həmişəlik möhkəm dayanın, ondan azca kənarlaşmayın. İmanın dərəcələri vardır. Necə ki, başqa ayələrdə də bu...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.