Əl-Maidə surəsi · 92-ci ayə

Allaha itaət edin, Onun peyğəmbərinə tabe olun və (onunla müxalifət etməkdən) çəkinin. Beləliklə, əgər üz döndərsəniz, bilin ki, Bizim peyğəmbərimizin vəzifəsi yalnız (ona tapşırılanı) aydın şəkildə çatdırmaqdır (onun icrası peyğəmbərin vəzifəsi deyildir. İcra imamətin vəzifələrindəndir və həmçinin peyğəmbərin vəzifəsi cəzalandırmaq da deyil, çünki bu, Allahın istək və iradəsindən asılıdır).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 92
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Allaha itaət edin, peyğəmbərə tabe olun və (itaətsizlikdən) çəkinin. Əgər üz döndərsəniz (itaət etməsəniz), bilin ki, Bizim rəsulumuzun vəzifəsi yalnız aşkar bəyan etməkdir.”
Bildirişlər
1. Allah rəsulunun hökumətinin fərmanları ilahi fərmanlar kimidir və onlara itaət etmək vacibdir. ("İtaət edin” sözünün təkrarlanması göstərişin iki növ olması nişanəsidir: sabit ilahi göstərişlər və peyğəmbərin hökumət göstərişləri.)
2. Allah və Onun rəsulunun göstərişlərinə itaətsizlikdən qorxaq.
3. İnsan yol seçimində azaddır.
4. İnsan Öz müxalifətçiliyi və itaətsizliyi ilə yalnız özünə zərər vurur.
5. İlahi hökmlərin bəyanında xalqın qəbul edib-etməməsi şərt deyil. Biz höccəti tamamlamalı, bəhanələri kəsməliyik.
6. Peyğəmbərin vəzifəsi məcburiyyət yox, öz risalətini bəyan etməkdir.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 92-ci ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 92-ci ayəsi nə haqqındadır?
Allaha itaət edin, Onun peyğəmbərinə tabe olun və (onunla müxalifət etməkdən) çəkinin. Beləliklə, əgər üz döndərsəniz, bilin ki, Bizim peyğəmbərimizin vəzifəsi yalnız (ona tapşırılanı) aydın şəkildə çatdırmaqdır (onun icrası peyğəmbərin vəzifəsi deyildir. İcra imamətin vəzifələrindəndir və həmçinin peyğəmbərin vəzifəsi...
Əl-Maidə surəsi 92-ci ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 92-ci ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 92-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 92-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 92-ci ayənin təfsiri nədir?
"Allaha itaət edin, peyğəmbərə tabe olun və (itaətsizlikdən) çəkinin. Əgər üz döndərsəniz (itaət etməsəniz), bilin ki, Bizim rəsulumuzun vəzifəsi yalnız aşkar bəyan etməkdir.” Bildirişlər 1. Allah rəsulunun hökumətinin fərmanları ilahi fərmanlar kimidir və onlara itaət etmək vacibdir. ("İtaət edin” sözünün təkrarlanması göstərişin iki növ olması nişanəsidir: sabit ilahi göstərişlər və peyğəmbərin hökumət göstərişləri.) 2. Allah və Onun rəsulunun göstərişlərinə itaətsizlikdən qorxaq. 3. İnsan yol...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.