"Həqiqətən, şeytan şərab və qumar vasitəsi ilə sizin aranıza düşmənçilik və kin salmaq istəyir. (İstəyir ki,) sizi Allahın zikrindən və namazdan ayırsın. (Bütün bu fəsadları nəzərə alıb) əl çəkirsinizmi?”
Statistikadan məlum olur ki, qətillərin, cinayətlərin, avtomobil qəzalarının, boşanmaların, psixoloji və fizioloji xəstəliklərin çoxunun səbəbi spirtli içkilərin istifadəsidir. Amma Quran bu ayədə uyğun qadağanın fəlsəfəsini iki nöqtədə açıqlayır: Biri kin-küdurətdən ibarət olan ictimai zərər, digəri namaz və Allah zikrindən qəflətdə qalma kimi mənəvi zərər.
Ayədə şərab və qumarın ən böyük təsiri kimi onun insanı Allah zikrindən və namazdan ayırması göstərilir. Sual oluna bilər ki, əgər ticarət, idman, təhsil, mütaliə kimi adi işlər insanın başını qatıb onu Allah zikri və namazdan ayırırsa, onları da şərab və qumarla eynimi tutmalıyıq? Bəli, insana Allahı unutduran bütün işlər şərab və qumar kimi çirkindir. Amma İslamda çətinlik yaratmamaq səbəbindən həmin işlər haram edilməmişdir.
Bildirişlər
1. Xalq arasında kin-küdurət salan hər bir kəs şeytan kimidir.
2. Şeytanın təhrikləri daimidir.
3. Ədavətin rəvac tapdığı cəmiyyət şeytana qulluq edir.
4. Ülfət və birliyi hifz edək, vəhdətə qarşı yönəlmiş bütün işlərlə mübarizə aparaq.
5. İman əhli arasında ülfət və mehribanlıq Allahın xüsusi diqqətini çəkir.
6. Qumar və şərab kin-küdurət yaratmaq üçün şeytanın vasitələridir.
7. Namaz Allah zikrinin ən üstün simvoludur. (Namaz Allah zikri olsa da, onun adı ayrıca çəkilir.)
8. Dini hökmlərin fəlsəfəsinin bəyanı sözün başqalarına təsir amillərindəndir.
9. Kin-küdurətə səbəb olan bütün amillərlə mübarizə aparmalıyıq.
10. İlkin İslam dövründə şərab və qumarın haram buyurulmasına baxmayaraq, bu işə məşğul olan bəzi müsəlmanlar Allah tərəfindən məzəmmət olunurlar.