Əl-Maidə surəsi - Ayə: 93

Məkkəvi Quran-ı Kərim
Əl-Maidə surəsi - Ayə: 93
İman gətirib yaxşı işlər görən kəslərə (haram olmamışdan qabaq şərabdan, murdardan və qumarla əldə edilən məhsuldan) daddıqlarında (həmin şeylər haram olduqdan sonra isə) təqvalı olaraq (dinin əslinə ümumi şəkildə) iman gətirib yaxşı işlər gördükləri, sonra təqvalı olub (dinin hökmlərinə müfəssəl surətdə) iman gətirdikləri və yenə də təqvalı olub yaxşı iş gördükləri (din hökmlərini kamil və gözəl surətdə yerinə yetirdikləri) təqdirdə bir günah yoxdur. Allah yaxşıları və yaxşı iş görənləri sevir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Maidə surəsi 93. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 93 MÖHSÜN QƏRAƏTİ.

"İman gətirib saleh işlər görənlər üçün (şərab qadağan olanadək) içdikləri üçün qorxu yoxdur, əgər təqva və iman əhli olsalar, saleh işlər görsələr, sonra (haramlardan) pəhriz etsələr, (Onun qadağasına) iman gətirsələr və o vaxt (yenə haramdan) çəkinsələr, yaxşı iş görsələr. Allah yaxşı əməl sahiblərini sevir.”
Nöqtələr
Şərabın qadağa ayəsi nazil olduqdan sonra müsəlmanlardan bəziləri qadağadan qabaq dünyasını dəyişənlərin şəraba görə cəzaları haqqında soruşdular. Yuxarıdakı ayə nazil oldu.
Bu ayədə iki dəfə iman və saleh əməl, iki dəfə təqva və iman, bir dəfə təqva və ehsan zikr olunmuşdur. Bəzi təfsirçilərin nəzərincə, iman, təqva və saleh əməlin mərhələləri və dərəcələri müxtəlif olduğundan uyğun ifadələr təkrarlanır.  Bəziləri isə uyğun təkrarı iman və təqvada davamlılıq nişanəsi sayırlar.  Bəziləri isə ayədəki təkrarları təkid əlaməti bilmişlər. "Nəbə” surəsinin 4-5-ci ayələri buna misal ola bilər.
Təqvanın insan həyatının müxtəlif sahələrində rolu var: məsrəf və rəftarda; məktəb və etiqadda; xidmət və əxlaqda.
Bildirişlər
1. Əgər möminlər qarşıda təqvaya riayət edib keçmiş günahları təkrarlamasalar, onların keçmiş günahları bağışlana bilər.
2. İlahi hökmü eşitdikdən sonra insan yenə də günah edərsə, o əvvəlki günahlarına görə də cəzalandırılar.
3. Ehsan və xeyir iş kamilliyin ən uca mərtəbəsi və Allah yanında məhbubluq səbəbidir. Ayədə iman və təqvadan sonra yaxşı əməl xatırlanmışdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.