Əl-Maidə surəsi · 7-ci ayə

Allahın sizə olan nemətini və «eşitdik və itaət etdik» dediyiniz zaman (peyğəmbərliyi və dini qəbul etməklə) sizinlə bağladığı əhd-peymanını xatırlayın. Allahdan qorxun ki, həqiqətən Allah ürəklərdə olanı biləndir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 7
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Xatırlayın Allahın sizə əta etdiyi neməti və "eşitdik və itaət etdik” dediyiniz zaman sizinlə bağladığı əhdi! Allahdan çəkinin! Çünki Allah sinələrdə olandan agahdır.”
Nöqtələr
Nemətin yada salınması və ayədə bəyan olunmuş məsələlərə riayət mövzuları ümumi bir xəbərdarlıq olsa da, müəyyən dəlillərə əsasən, ilk öncə İslam cəmiyyətinə rəhbərlik və bu rəhbərə itaət məsələləri nəzərdə tutula bilər. Həmin dəlillərə nəzər salaq:
1. İlahi rəhbərlik Allahın əhdidir. Bu məsələni həzrət İbrahimin öz nəsli üçün imamət məqamı istəməsi və Allahın "Mənim əhdimə (imamətə) zalımlar çatmaz” buyurması haqqında danışan əhvalat da təsdiqləyir. 
2. Qədir-Xumda Həzrət Əli (ə) imamət məqamına təyin olunduqdan sonra uyğun surənin 3-cü ayəsi nazil oldu və bildirildi ki, bu gün Allah Öz bəndələrinə nemətini tamamladı.
3. Məhz Qədir-Xumda xalq həzrət Əliyə (ə) beyət edib, "Eşitdik və itaət etdik” söylədi. Bu ayə xalqı növbəti dəfə ilahi rəhbərə vəfalı olmağa və möhkəmliyə çağırır.
Eşitmək və itaət haqqındakı əhd insanların təbii və fitri, söz və ya əməli şəkildə peyğəmbərlə bağladığı əhdlərə şamildir. Xalqın tövhid və nübuvvətə beyətləri və şəhadətləri də bu qəbildəndir.
Bildirişlər
1. Ayədə nemət, əhd, itaət, sinələrdə olandan xəbərdarlıq kimi məfhumlar üzərində dayanılması (xüsusi ilə də Qədir-Xum ayəsindən sonra) 3-cü ayədəki göstərişin və Qədir xəttindən yayınmanın unudulmasına işarə ola bilər. Bu nöqtəyə imam Baqir (ə) toxunmuşdur. 
2. İlahi nemətləri xatırlamaq zəruridir.
3. Nemətlərin, əhdlərin, Allahın buyruqlarının, elm və agahlığın xatırlanması və xatırladılması təqva amili və zəminəsidir.
4. Əhdi pozmaq fikrində olmayaq. Çünki Allah agahdır.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 7-ci ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 7-ci ayəsi nə haqqındadır?
Allahın sizə olan nemətini və «eşitdik və itaət etdik» dediyiniz zaman (peyğəmbərliyi və dini qəbul etməklə) sizinlə bağladığı əhd-peymanını xatırlayın. Allahdan qorxun ki, həqiqətən Allah ürəklərdə olanı biləndir.
Əl-Maidə surəsi 7-ci ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 7-ci ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 7-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 7-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 7-ci ayənin təfsiri nədir?
"Xatırlayın Allahın sizə əta etdiyi neməti və "eşitdik və itaət etdik” dediyiniz zaman sizinlə bağladığı əhdi! Allahdan çəkinin! Çünki Allah sinələrdə olandan agahdır.” Nöqtələr Nemətin yada salınması və ayədə bəyan olunmuş məsələlərə riayət mövzuları ümumi bir xəbərdarlıq olsa da, müəyyən dəlillərə əsasən, ilk öncə İslam cəmiyyətinə rəhbərlik və bu rəhbərə itaət məsələləri nəzərdə tutula bilər. Həmin dəlillərə nəzər salaq: 1. İlahi rəhbərlik Allahın əhdidir. Bu məsələni həzrət İbrahimin öz nəsl...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.