İbrahim ‏ surəsi · 5-ci ayə

Həqiqətən Biz Musanı (əsa, şəffaf əl və Tövrat kimi) Öz nişanə və möcüzələrimizlə göndərdik ki: Öz qövmünü (nadanlıq, küfr və itaətsizlik) zülmətlər(in)dən (iman) nur(un)a tərəf çıxart. Və Allahın günlərini (qələbə və məğlubiyyət, böyük nemətlərin baş verməsi, acı hadisələr, dini bayram və vəfat günləri kimi Allaha mənsub olan günləri) onların yadlarına sal ki, həqiqətən bunda (bu xatırlatmada) hər bir səbr və şükr edən üçün (oyaqlıq və ibrət) nişanələr(i) vardır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 5
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Həqiqətən, Musanı möcüzələrlə göndərdik (və ona dedik:) qövmünü zülmətlərdən nura çıxar, Allahın günlərini onlara xatırlat. Həqiqətən, bu işdə səbri, müqaviməti və şükrü çox olanlar üçün ilahi qüdrət nişanələri var.”
Nöqtələr
Rəvayətlər həzrət Mehdinin (ə) zühur gününü, rəcət və qiyamət günlərini "əyyamullah” ("Allahın günləri”) təbirinin nümunəsi kimi təqdim edir.
Bildirişlər
1. Peyğəmbərin möcüzəsi olmalıdır.
2. Peyğəmbərlərin ümumi məqsədləri eynidir. Allah-təala bu surənin əvvəlki ayəsində İslam Peyğəmbərinə (s), bu ayədə isə həzrət Musaya müraciətlə buyurur: "Xalqı qaranlıqlardan xaric edin və nura yönəldin.”
3. Peyğəmbərə tapşırılan ilk ünvan onların öz qövmüdür.
4. Allahın sitəmkarlara qəhr-qəzəbinin yada salınması və keçmişdəkilərə lütfünə diqqət xalqın zülmətlərdən qurtuluş yoludur.
5. Tarixə diqqət insanda səbir və şükür üçün zəmin yaradır. Keçmişin müsibətlərini və acılıqlarını yada salmaq insanı şükrə vadar edir. Ümmətlərin möhkəmliyinə və uğuruna diqqət insanı səbir və müqavimətə dəvət edir.
6. Bütün günlər Allahın günüdür. Amma ilahi qüdrətin təcəlla etdiyi günün öz yeri var. (Kafirlərə qəhr-qəzəbin, möminlərə lütfün təcəllası.)
7 Allah günlərinin xatirəsi üçün keçirilən bayram mərasimləri caizdir. (Çaşqın vəhhabi firqəsi bu mərasimləri caiz saymır.)
8. Mömin insan çətinliklərdə səbir, rifahda şükür yolunu tutur.
9. Səbir həqiqətin dərki üçün zəmindir.

Tez-tez Verilən Suallar

İbrahim ‏ surəsi 5-ci ayə haqqında suallar və cavablar

İbrahim ‏ surəsinin 5-ci ayəsi nə haqqındadır?
Həqiqətən Biz Musanı (əsa, şəffaf əl və Tövrat kimi) Öz nişanə və möcüzələrimizlə göndərdik ki: Öz qövmünü (nadanlıq, küfr və itaətsizlik) zülmətlər(in)dən (iman) nur(un)a tərəf çıxart. Və Allahın günlərini (qələbə və məğlubiyyət, böyük nemətlərin baş verməsi, acı hadisələr, dini bayram və vəfat günləri kimi Allaha mən...
İbrahim ‏ surəsi 5-ci ayə hansı surədə yerləşir?
İbrahim ‏ surəsi Quran-ı Kərimin 14-ci surəsidir. Bu surə Məkkəvi surədir və 5-ci ayə İbrahim ‏ surəsinin tərkib hissəsidir.
İbrahim ‏ surəsi 5-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, İbrahim ‏ surəsinin 5-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
İbrahim ‏ surəsi 5-ci ayənin təfsiri nədir?
"Həqiqətən, Musanı möcüzələrlə göndərdik (və ona dedik:) qövmünü zülmətlərdən nura çıxar, Allahın günlərini onlara xatırlat. Həqiqətən, bu işdə səbri, müqaviməti və şükrü çox olanlar üçün ilahi qüdrət nişanələri var.”NöqtələrRəvayətlər həzrət Mehdinin (ə) zühur gününü, rəcət və qiyamət günlərini "əyyamullah” ("Allahın günləri”) təbirinin nümunəsi kimi təqdim edir.Bildirişlər1. Peyğəmbərin möcüzəsi olmalıdır.2. Peyğəmbərlərin ümumi məqsədləri eynidir. Allah-təala bu surənin əvvəlki ayəsində İslam...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.