İbrahim ‏ surəsi - Ayə: 6

Məkkəvi Quran-ı Kərim
İbrahim ‏ surəsi - Ayə: 6
Və (yada sal) o zaman(ı) ki, Musa öz qövmünə dedi: «Allahın sizi fironçulardan u sizə pis işgəncələr verən, oğlanlarınızı kütləvi şəkildə qətlə yetirən və qadınlarınızı (xidmət etmək üçün) diri saxlayanlardan nicat verən zaman sizə olan nemətini xatırlayın. Bu işdə sizin üçün Rəbbiniz tərəfindən böyük bir bəla və imtahan var idi».
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

İbrahim ‏ surəsi 6. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 6 MÖHSÜN QƏRAƏTİ.

"(Yada sal) o zaman ki, Musa öz qövmünə dedi: "Allahın sizə verdiyi neməti yada salın. Bir vaxt fironçular sizə ən pis əzab verdiyi, oğlanlarınızın başını kəsdiyi, qadınlarınızı (kənizlik üçün) sağ saxladığı zaman (Allah) sizi onların əlindən xilas etdi. Bu işlərdə Rəbbiniz tərəfindən böyük sınaq vardı.”
Bildirişlər
1. Acı və şirin hadisələri, azadlıq və işgəncə dövrünü müqayisə etməklə Allahın nemətlərinin qədrini bilin.
2. Uğurları özümüzdən yox, Allahdan bilək.
3. Azadlıq ən mühüm ilahi nemətlərdəndir.
4. Peyğəmbərlərin ən mühüm işi zalım qüvvələrlə mübarizə, məhrumların və zəiflərin qurtuluşudur.
5. Zalım qüvvələrin hakimiyyətinin qorunmasında saray əhlinin xüsusi rolu var.
6. Sınaq və bəla tərbiyə məqsədi daşıyır və ilahi rübubiyyət şənindəndir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.