Hud surəsi · 94-cü ayə

Və Bizim (onların əzabı barəsindəki) əmrimiz yetişən zaman, Şüeybə və onunla birgə iman gətirənlərə tərəfimizdən olan bir rəhmətlə nicat verdik və zülm edənləri (göydən gələn öldürücü bir) bağırtı yaxaladı. Beləliklə onlar öz evlərində diz çökmüş halda ölüb üzü üstə düşdülər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 94
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“Elə ki, (qəhr-qəzəb) fərmanımız gəldi, Şüeyb və onunla iman gətirənləri
Öz rəhmətimizlə xilas etdik. (Həmin vaxt) dəhşətli səs zalımları əhatə etdi.
Onlar evlərində üzü üstə düşdülər (və öldülər).”


Bildirişlər
1. Allahın zalımlara qəzəbinin gec-tezi var. Amma bu qəzəb labüddür.
2. Səmadakı şimşəklər təsadüfi deyil. Onlar Allahın fərmanı ilə nazil olur.
3. Allah iman əhlinə nicat verib arxa durur.
4. Peyğəmbərlərə iman onların himayə edilməsi ilə müşayiət olunmalıdır.
5. İman qurtuluş rəmzidir.
6. Peyğəmbər də`vətinə diqqətsizlik zülmdür.
7. Zülm və zalımın sonu fəlakətdir.
8. Allahın onlara əzabı o qədər iti və böyük idi ki, evlərindən bayıra çıxmağa
macal tapmadılar. (Belə görünür ki, həmin əzab gecə nazil olmuşdur.)
9. Allahın qəzəbi nazil olduqda zalımların qaçmaq gücünü əlindən alır.

Tez-tez Verilən Suallar

Hud surəsi 94-cü ayə haqqında suallar və cavablar

Hud surəsinin 94-cü ayəsi nə haqqındadır?
Və Bizim (onların əzabı barəsindəki) əmrimiz yetişən zaman, Şüeybə və onunla birgə iman gətirənlərə tərəfimizdən olan bir rəhmətlə nicat verdik və zülm edənləri (göydən gələn öldürücü bir) bağırtı yaxaladı. Beləliklə onlar öz evlərində diz çökmüş halda ölüb üzü üstə düşdülər.
Hud surəsi 94-cü ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 94-cü ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 94-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 94-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 94-cü ayənin təfsiri nədir?
“Elə ki, (qəhr-qəzəb) fərmanımız gəldi, Şüeyb və onunla iman gətirənləriÖz rəhmətimizlə xilas etdik. (Həmin vaxt) dəhşətli səs zalımları əhatə etdi.Onlar evlərində üzü üstə düşdülər (və öldülər).” Bildirişlər1. Allahın zalımlara qəzəbinin gec-tezi var. Amma bu qəzəb labüddür.2. Səmadakı şimşəklər təsadüfi deyil. Onlar Allahın fərmanı ilə nazil olur.3. Allah iman əhlinə nicat verib arxa durur.4. Peyğəmbərlərə iman onların himayə edilməsi ilə müşayiət olunmalıdır.5. İman qurtuluş rəmzidir.6. Peyğə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.