NUR TƏFSİRİ: Hud surəsi / ayə 93
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
“(Şüeyb dedi:) “Ey mənim qövmüm! Əlinizdən gələni edin. Mən (də) öz
işimi görəcəyəm. Tezliklə biləcəksiniz ki, zəliledici əzab kimin sorağına
gələcək və yalançı kimdir. Siz intizarda olun, mən də sizinlə birlikdə
intizardayam.”
Bildirişlər
1. Bə`zən peyğəmbərlər öz sözlərinin tə`sir edəcəyindən ümidlərini üzürdülər.
2. Xalqın hidayətindən ümidimizi üzsək də, öz mövqeyimizdə möhkəm
dayanaq.
3. Moizə tə`sir etməyən yerdə hədə yolu tutulmalıdır.
4. Hədənin cavabı hədə ilə verilməlidir.
5. Xalq həzrət Şüeybi yalançı sayırdı.
6. Biz öz vəzifəmizə əməl edib ilahi yardım intizarında olmalıyıq.