Hud surəsi - Ayə: 95

Məkkəvi Quran-ı Kərim
Hud surəsi - Ayə: 95
Sanki heç vaxt orada yaşamamışdılar. Bilin! Səmud qövmü uzaq olduğu kimi, Mədyən (əhli) də uzaq olsun (Allahın rəhmətindən) və lənət olsun (onlara)!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Hud surəsi 95. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 95 MÖHSÜN QƏRAƏTİ.

“(Mədyən kafirləri elə məhv oldular ki,) sanki heç vaxt həmin məntəqədə
sakin olmamışdılar. Agah olun ki, (Allahın lütfü) Səmud qövmündən uzaq
olduğu kimi Mədyən xalqından da uzaq oldu.”


Nöqtələr
◘Allahın qəzəbi istənilən bir mərmidən də həlakedicidir. Əgər göydən bomba
yağdığı vaxt kimsə qaça bilirsə, Allahın əzabı nazil olanda məntəqə elə alt-üst
olur ki, sanki orada heç vaxt kimsə yaşamamışdır.
Bildirişlər
1. İlahi qəhr-qəzəbdən qurtuluş yolu yoxdur.
2. Zalımlara nifrin, onlara ölüm istəyi ilahi və Qur`ana məxsus bir yoldur.

 

Müəllif: MÖHSÜN QƏRAƏTİ.