Hud surəsi · 89-cu ayə

«Və ey mənim qövmüm, mənimlə müxalifət və düşmənçiliyiniz sizi Nuhun qövmünə, ya Hudun qövmünə, yaxud Salehin qövmünə gələnlərin (tufan, suda batmaq, zəhərli külək, səmadan gələn bağırtı və zəlzələnin) bənzərinin sizə də gəlməsinə gətirib çıxarmasın! Və Lutun qövmü (zaman və məkan baxımından) sizdən o qədər də uzaq deyildir.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 89
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“(Şüeyb dedi: “Ey mənim qövmüm! Mənimlə düşmənçilik və müxalifət
sizi o işlərə sövq etməsin ki, Nuh, Hud, Saleh qövmü kimi (əzaba) düçar
olasınız. (Bilin ki,) Lut qövmü (onların başına gələn) sizdən uzaq deyil.”


Bildirişlər
1. Hətta müxaliflərlə də gözəl tərzdə danışaq.
2. Bir nəfərlə düşmənçiliyə xatir özümüzün və cəmiyyətin xoşbəxtliyi üçün
təhlükə yaratmayaq.

3. Bəşər qövmlərinin tarixi bir-birinə oxşardır. Onların təkrarlanması ibrət
dərsidir.
4. Keçmişdəkilərin acı taleyini zarafat və təsadüf saymayaq. (Həzrət Nuh, Hud,
Saleh və Lut Şüeybdən qabaq olmuşlar.)
5. Allah daim Öz əzabını nazil edə bilər. O, istənilən bir qövmü istənilən bir
şəkildə, istənilən bir məntəqədə, istənilən bir zamanda məhv etməyə qadirdir.
Necə ki, Nuh qövmü qərq oldu, Hud qövmü tufana düşdü, Saleh qövmü səmadan
enən səslə həlak edildi, Lut qövmü viranlığa düçar oldu.
6. İbrət üçün ən yaxşı tarix ən yaxın tarixdir. Şüeyb qövmü Lut qövmü ilə həm
məkan, həm də zaman baxımından yaxın idi.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 89-cu ayə haqqında suallar və cavablar

Hud surəsinin 89-cu ayəsi nə haqqındadır?
«Və ey mənim qövmüm, mənimlə müxalifət və düşmənçiliyiniz sizi Nuhun qövmünə, ya Hudun qövmünə, yaxud Salehin qövmünə gələnlərin (tufan, suda batmaq, zəhərli külək, səmadan gələn bağırtı və zəlzələnin) bənzərinin sizə də gəlməsinə gətirib çıxarmasın! Və Lutun qövmü (zaman və məkan baxımından) sizdən o qədər də uzaq dey...
Hud surəsi 89-cu ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 89-cu ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 89-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 89-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 89-cu ayənin təfsiri nədir?
“(Şüeyb dedi: “Ey mənim qövmüm! Mənimlə düşmənçilik və müxalifətsizi o işlərə sövq etməsin ki, Nuh, Hud, Saleh qövmü kimi (əzaba) düçarolasınız. (Bilin ki,) Lut qövmü (onların başına gələn) sizdən uzaq deyil.” Bildirişlər1. Hətta müxaliflərlə də gözəl tərzdə danışaq.2. Bir nəfərlə düşmənçiliyə xatir özümüzün və cəmiyyətin xoşbəxtliyi üçüntəhlükə yaratmayaq.3. Bəşər qövmlərinin tarixi bir-birinə oxşardır. Onların təkrarlanması ibrətdərsidir.4. Keçmişdəkilərin acı taleyini zarafat və təsadüf sayma...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.