Hud surəsi - Ayə: 88
Hud surəsi 88. Ayənin Təfsirləri
NUR TƏFSİRİ: Hud surəsi / ayə 88 MÖHSÜN QƏRAƏTİ.
“(Şüeyb) dedi: “Ey mənim qövmüm! Düşünmürsünüzmü ki, əgər Rəbbim
tərəfindən aşkar bir dəlilim varsa və O mənə gözəl bir ruzi (nübuvvət) əta
etmişsə, (necə Ona müxalif olum?) Mən sizi çəkindirdiyim bir şeyə müxalif
olmaq istəmirəm. Mənim gücüm həddində islahdan savay bir istəyim yoxdur
və Allahın lütfündən başqa bir tövfiqim yoxdur. (Buna görə də) Ona təvəkkül
etmişəm və Ona doğru qayıtmışam.”
246
Nöqtələr
◘Ötən ayədə kafirlər e`tiraz etdilər ki, nə üçün biz öz malımızı azad sərf edə
bilməyək? Həzrət Şüeyb bu ayədə cavab verir ki, sizə öz məsrəfinizdə şərt
qoymağım düşmənçilik və şəxsi mənafe üçün yox, yaşayış və cəmiyyətinizin
islahı üçündür.
Bildirişlər
1. Nübuvvət aşkar mö`cüzəyə əsaslanır.
2. Peyğəmbərlər hər şeyi Allahın bəxşişi bilirlər.
3. Güman etməyək ki, əskik satmaq və haram yeməklə yaxşı yaşaya bilərik.
Çünki peyğəmbərlər və övliyalar günaha batmadan gözəl ruzi əldə etmişlər.
(Yaxşı ruzi dedikdə, əskik satmaq və zülm bahasına əldə olunmamış ruzi başa
düşülür.)
4. İnsanı ruziyə çatdıran onun zirəkliyi yox, Allah və Onun lütfüdür.
5. Həzrət Şüeyb kafirlərin “bizim malımız” sözü müqabilində “ mənə gözəl
ruzi verilib” deməklə maddi çətinliyi olmadığını bildirir.
6. Yaxşıya də`vət edib pisdən çəkindirən kəs özü doğru yolda olmalıdır.
Peyğəmbərlər təkcə göstəriş vermirdilər. Onlar özləri də ən üstün əməl
nümunələri idilər.
7. Peyğəmbərlər nəinki ilahi göstərişə qarşı çıxmır, hətta bu barədə
düşünmürlər.
8. Peyğəmbərlərin məqsədi insanların və cəmiyyətin islahıdır.
9. Peyğəmbərlərin işi zamanla yox, onların gücü ilə müəyyənləşir.
10. Addım atmaq bizdən, tövfiq isə Allahdandır.
11. İşdə ciddi sə`ylə çalışaq. Amma bilək ki, müvəffəqiyyət Allahın əlindədir.
12. Təvəkkül o vaxt səmərə verir ki, insan səy göstərsin.
13. İslahatçı özü saleh, imanlı olmalı, təvəkkül və duadan uzaq düşməməlidir.
14. Bu ayədə “əmr be mə`ruf” və “nəhy əz münkər” edənlərə bə`zi tapşırıqlar
verilir: özünüz əməl əhli olun; məqsədiniz cəmiyyətin islahı olsun; işdə tövfiqi,
yardımı Allahdan bilin; daim Ona təvəkkül edin; çətinliklər zamanı Ona sığının..