Hud surəsi - Ayə: 90

Məkkəvi Quran-ı Kərim
Hud surəsi - Ayə: 90
«Və Rəbbinizdən (keçmiş əməllərinizə görə) bağışlanmaq diləyin, sonra (saleh əməllərlə) Ona tərəf qayıdın. Həqiqətən mənim Rəbbim mehriban və (tövbəkar bəndələrini) sevəndir».
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Hud surəsi 90. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 90 MÖHSÜN QƏRAƏTİ.

“Rəbbinizdən bağışlanma diləyin. Ona doğru qayıdın. Həqiqətən, mənim
Rəbbim mehriban və sevəndir.”


Nöqtələr
◘“Vudd” dedikdə tə`sirli və davamlı bir dostluq nəzərdə tutulur.
Bildirişlər
1. Müxaliflərə xəbərdarlıq etməklə yanaşı, onlar üçün islah yolu saxlamalıyıq.
2. Bağışlanma diləmək və günahdan uzaqlaşmaq Allah yoluna qayıdışın
müqəddiməsidir.
3. Əgər tövbə qılsaq, Rəbbimiz tərəfindən müsbət cavab eşidərik.
4. Allahı elə tanıtdıraq ki, Ona doğru qayıdışa eşq olsun.
5. Allahın rəhməti bir anıq deyil. Bu rəhmət davamlıdır və onun böyük
bərəkətləri var.
6. Allah təkcə tövbələri qəbul etmir, həm də tövbə edəni sevir.

 

Müəllif: MÖHSÜN QƏRAƏTİ.